Çox püsküllü
İndiyə qədər rəqs geyimlərində ən çox qarşılaşdığımız püskül detalları indi bütün geyimlərdə görünür.
Zamansız naxış: Damalı
Klassik bir naxış olan damalı naxış toxunma köynək və kostyumlardan əlavə bütün geyimlərdə də yer almağa başladı. Bu mövsüm üst geyimlərinizdən paltarlara qədər bir çox yerdə bu növ parçadan istifadə etməkdən çəkinməyin.
Mövsümün rəngi: Qırmızı
Ən çox diqqət çəkən rənglərdən biri olan qırmızı, bu mövsüm markaların ən çox seçdiyi rənglər arasındadır. Çantalardan zinət əşyalarına, ətəklərdən corablara qədər qırmızı rəngin enerjini hər yerdə istifadə edə bilərsiniz.
Böyük zəncirlər
Vərdiş etdiyimiz böyük zəncirlər bu mövsüm zərgərlikdən sonra kəmər və hətta sviter yaxası kimi də istifadə olunur. Zəncirləri sevirsinizsə, bu mövsüm paltarınızda da istifadə etməkdən çəkinməyin.
Böyük çiyinlər və qollar
Vatkalı (böyük) çiyinlər və şar qolları bahar / yaz mövsümündən paltar və üst geyimlərinə keçid etdi. Güclü bir görünüş yaradan çiyin və qol şəkillərinə fırfırlar da əlavə edilə bilər.
Dar donlar
Yayda görməyə alışdığımız bu tip geyimlər, xüsusilə payız və qış ziyafətlərində də qarşımıza çıxmağa hazırlanır. Tək başına diqqəti cəlb etməsini yetərli saymayanlar, parlaq bir zinət əşyalarının və ya çantanın müşayiət etməyini məqsədə uyğun hesab edə bilərlər.
Kəmərli gödəkçələr
İncə bellərimizi vurğulamağın vaxtı gəldi! Gödəkçələrə başqa bir forma verməyə kömək edən bu yenilik, küçə modasına çox uyğun olacaq. Uzun pliseli (qatlı) paltarla seçim etməyinizi məsləhət görürük.
Heyvan Portretləri
Keçən illərdə trend zəngini dəfələrlə çaldırmış vəhşi heyvan naxışları, heyvanların öz siluetlərinin izləri ilə əvəz olundu. Kenzo'nun ikonik pələngi, Alexander McQueen-in pişik baskılı kostyumu və Anna Sui-nin kəpənəklərlə qarışıq dizaynları növbəti sezon modanın heyvan naxış izləri ilə arasının daha da yaxşıya doğru irəlilədiyinə işarə etdi.
Hər zaman baxımlı olun!
Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir! Əlaqə nömrəsi: +994703482606.