İnsanların vərdişləri həyatlarını tənzimləyən meyarlardan biridir. Belə ki gününü vərdişlərinə uyğun planlaşdıra, xüsusi vaxt ayıra və hətta evini də buna görə təşkil edə bilərsən. Bu vərdişlərdən və həyat tərzlərindən ən gözəli isə kitab oxumaqdır. Kitab oxumağı sevənlərin ümumi xüsusiyyətlərini və bəyəndiklərini nəzərə alaraq sizin üçün təkliflər siyahısını hazırladıq!

 

Evində niyə kitabxana olmalıdır?

Kitab oxumağı sevirsənsə əgər, bu yazıda nə demək istədiyimizi dərhal başa düşəcəksən! Kitablar bir insanın xəzinəsi kimidir. Ancaq bu xəzinəni gizli saxlamağa ehtiyac yoxdur. Çünki kitabların dəyəri heç vaxt bitməz. Əksinə, kitablar oxuduqca qazanılan yeni xatirələrlə daha da dəyərləndirilən bir xəzinədir. Bu səbəbdən kitabsevərlər xəzinələrini ən yaxşı şəkildə nümayiş etdirməlidirlər.

Qiymətsiz kitablarınızı ən yaxşı şəkildə nümayiş etdirmək, onları qorumaq və ev dekorasiyasında səmərəli istifadə etmək üçün təkliflərimiz var.

 

Ən yaradıcı kitabxana dizaynları

Xüsusilə nizamlı olmağa, rənglərdən kombinasiyalar yaratmağa və evinin hər detalında uyğunluğun olmağına diqqət edirsənsə, bu nümunələr sənin üçündür! Qeyd etdiyimiz kimi, kitablar gizlədilməli yox olaraq nümayiş olunmalı xəzinədir.

Əlbətdəki, kitablarını sıxıcı bir tərzdə düzmək məcburiyyətində deyilsən. Adi bir kitab rəfini belə bir az əl əməyindən istifadə edərək həyacan verici bir tərzdə nümayiş etdirə bilərsən.

 

Kitabları kateqoriyalara necə ayırmalısan?

Kitab oxumağı sevirsənsə əgər, əlində hal-hazırda oxumalı olduğun kitabların olmasına baxmayaraq kolleksiyana yeni kitablar əlavə edərsən. Bundan başqa əgər kitab mağazasına bir kitab almağa getmisənsə, çox güman ki mağazada bir neçə kitab alaraq çıxacaqsan. Bu gözəl vərdişinə görə əldə etdiyin kitabları kateqoriyalara ayırmağının bir çox yolu var.

Kitablarını rənglərinə görə kateqoriyalara bölə bilərsən. Kitab örtüklərindən istifadə edərək, hər bir rəfə xüsusi rəng verə bilərsən. Sonra isə hər bir rəfi açıqdan tündə doğru sıralaya bilərsən. Bununla bərabər divarda boydan boya bir rəf istifadə edərək tək bir rəng sırası ilə düzə bilərsən. Bunun üçün göy qurşağında olan rəng ardıcıllığından və ya seçdiyin rəng palitrasından istifadə edə bilərsən.

 

Kitablarını məzmununa görə də kateqoriyalara ayıra bilərsən. Romantika, dram, cinayət, ədəbiyyat, psixologiya, elmi fantastika...

Oxunması öncəlik təşkil edən və ya alınma sırasına görə kateqoriyalara bölə bilərsən.

Yuxarıda qeyd etdiyimiz kimi plansız aldığın kitablarını həyacanla oxumağa başlaya bilər və öncəlik təşkil edən kitablarını unuda bilərsən. Bu səbəblə, kitablarını oxumaq istədiyin sıralamaya görə kateqoriyalara ayırmaq sənin üçün faydalı olar.

 

Kitabxananda istifadə edə biləcəyin dekorativ əşyalar.

Kitabların xatirələri olduğu kimi, sənin üçün xatirəsi olan dekorativ əşyalardan istifadə edərək kitabxananı bəzəyə bilərsən. Əlbəttə ki, bunlar parçalar, işıqlar, bitkilər, rəqəmlər və ya şəkillərdir!

 

Evdə kiçik kitab fasilələrini tərtib edə bilərsən.

Həyatının bir hissəsi olan kitabları hər zaman yanında saxlamaq istəyə bilərsən. Evində, yatağının yanında, yaşayış və ya istirahət bölgələrində yaddaşını canlandırmaq, oxuduğun və ya yenidən oxumaq istədiyin kitabları yerləşdirə bilərsən.

 

Kitablardan dekorasiya kimi necə istifadə edə bilərsən?

Kitabların üçün dekorativ məhsullardan istifadə etdiyin kimi, kitablarını da dekorativ məhsul kimi də istifadə edə bilərsiniz. Əlbəttə ki, kitablarınazərər vermədən, köhnəlmiş, deformasiyaya uğramış, əldən düşmüş kitablarını bəzək əşyaları kimi istifadə edərək onları yenidən həyata qaytara bilərsən.

 

Ən sevdiyin kitab temalı aksesuarlar

Bütün kitabların sənin üçün dəyərli olsa da, əlbətdə ki xüsusilə çox bəyəndiyin bir kitabın var. Sevdiyin bu kitaba uyğun fərqli məhsullar almaqla evində bu kitabın dünyasını əks etdirə bilərsən. Bunun üçün yastıq örtükləri, posterlər, çay fincanları və ya fiqurlar, oyuncaqlar kimi kitab mövzulu dekorlardan istifadə edə bilərsən.