Dodaq boyanızın qalıcı olması üçün məsləhətlər

2020-10-31

Baxış: 9102

Dodaq boyanızın qalıcı olması üçün məsləhətlər

Makiyajı tamamlayan dodaq boyasını harasa getdiyinizdə yeniləməkdən bezmisizsə, bu tövsiyələrə əməl edin. Sadə məsləhətlərlə dodaq boyanızı daha qalıcı edə bilərsiniz!

cagir.az -Dodaq boyanızın qalıcı olması üçün məsləhətlər

 

Parlaq dodaq boyası seçin

Parlaq dodaq boyalarını üstdən deyil, mat dodaq boyasının altından sürtün. Parlaq dodaq boyası tərkibindəki piqmentlər sayəsində dodaqları qidalandırmağa yardım edir. Qalıcılığı daha çoxdur.

 

Dodaqlarınızı hazırlayın

Pomada ən yaxşı qaldığı səth hamar bir səthdir. Dodaq boyanızı tətbiq etməzdən əvvəl dodaqlarınızı yaxşıca təmizləyin. Quru və çatlamış dodaqlarınız üçün dodaq boyanızı tətbiq etməzdən əvvəl quruluğu azaldan dodaq nəmləndiricidən (dodaq balzamından) istifadə edin. Lakin dodaq boyanızı çəkmədən öncə nəmləndiricini salfetlə silməyi unutmayın. Sonra isə dodaq boyanızı çəkin.

 

Dodaq qələmindən istifadə edin

Dodaq qələmləri də çox rəng piqmentinə malik olduğu üçün uzunmüddətli qalıcılıq təmin edəcəkdir. Dodaq boyanıza uyğun olacaq birini və ya bir ton açıq bir rəng seçin və dodağın ortasından başlayaraq kənarlarına doğru çəkin.

cagir.az -Dodaq boyanızın qalıcı olması üçün məsləhətlər

 

Son toxunuşu toz kirşanla edin

Qadınlar dodaq boyasını kirşanla tamamladıqda dodaqlarının quruyacağını düşünürlər. Ancaq bir də belə sınayın. Əvvəlcə ağzınızı bağlayın, sonra gülün, sonra dodaqlarınıza yumşaq bir fırça ilə yüngül formada toz kirşan çəkin.

 

Tonal krem tətbiq edin

Dodaq boyanızın həqiqətən öz rəngini əks etdirməsini istəyirsinizsə, onu sürməzdən əvvəl dodaqlarınıza bir az tonal krem tətbiq etməyinizdə fayda var.

 

Bazanı sınaya bilərsiniz

Dodaq qələmini istifadə etmək sevmirsinizsə, baza istifadə edərək də pomadanızı daha da qalıcı edə bilərəsiniz. Üst dodağınızın orta qisiminə bazadan kiçik bir miqdar tətbiq edin və yayın. Dodaq boyasını heç vaxt fırça ilə vurmayın. Artığını bir toniklə təmizləyin.


Hər zaman baxımlı olun!


Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini (Saça qulluq, Makyaj, Manikür, Pedikür, Tüklərin alınması) olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir!

cagir.az -Dodaq boyanızın qalıcı olması üçün məsləhətlər

Paylaş:

fb_iconlinkedin_icon