2021-04-15
Baxış: 5616
Yeni Trend: Şam Şəkilləndirmə
Çox müasir bir əl işi layihəsi olan "Şam Şəkilləndirmə" trendi, sosial mediada tez-tez qarşılaşdığımız dekorlardan biridir. Əvvəllər uğursuz cəhdlər etmisinizsə və bu sizdə alınmayıbsa, bir çox fərqli tövsiyələrimiz ilə uğurlu nəticələr əldə edə bilərsiniz.
İlk addım: Doğru şam seçin
Bəzi şamların əyilməsi digərlərindən daha asandır, bal şamı və parafinli şamlarla işlənmək ən asanıdır. Şamınızın bir rəngli olduğundan əmin olmalısınız, çünki bəziləri rəngli şam təbəqəsinə batırılmış ağ şamlardır. Ağ şamların əyilməsi daha çətindir, lakin çox ehtiyyatlı işləndikdə asanlıqla bükülə bilər.
Ehtiyacınız olanlar:
· İsti su (qaynar olmamalı, isti olması yetərlidir)
· Qazan (şamları yumşaltmaq üçün lazım olan isti su üçün istənilən qabı da seçə bilərsiniz.)
· Düzgün seçilmiş şamlar (yuxarıda qeyd etdiyimiz düzgün nəticələr əldə etmək üçün vacib bir məsələ)
· Taxta və ya mərmər bir taxta (evinizdə olan istənilən mətbəx taxtası)
· Oxlov (kifayət qədər böyük bir mürəbbə qabı və ya bir şüşə də yetərli olacaqdır)
Qazanı və ya qabı isti su ilə doldurub və suyun qaynamasına icazə verməməlisiniz, çünki şamın xarici içi büküləcək qədər yumşaq olmadan əvvəl tamamilə əriyəcəkdir. Şamı 10-15 dəq arasında, ilıq suda yumşalana və qazanın kənarından düşməyə başlayana qədər gözlətməlisiniz. Şam yumşaq bir tutarlılığa sahib olduqda, bir oxlovdan istifadə edərək düz bir formada aça və ya istədiyiniz formada bükə bilərsiniz. Bu addımda tələsməməlisiniz, ehtiyyatlı davranaraq həqiqətən daha yaxşı nəticələr əldə edə bilərsiniz.
Şamdanlarda istifadə etməyi planlaşdırırsınızsa, şam hələ də yumuşaq vəziyyətdə olarkən üst və alt hissəni dairəvi şəkildə saxlaya bilərsiniz. Bükmə prosesini alındırdıqdan sonra, şamınızı sərtləşdirmək üçün bir mətbəx salfetinin üstünə düz bir formada qoya bilər və sonra bu prosesi istədiyiniz qədər şam ilə yenidən təkrarlaya bilərsiniz. Şamınızın yeni formasından razı qaldıqda qazandakı isti suyu soyuq su ilə əvəz etməli və şamı əritdiyiniz qaba geri qoymalısınız. Soyuq su bir neçə dəqiqə ərzində şamı sərtləşdirir və qurudur.Artıq şamınız istifadəyə hazırdır!
Spiral şamlar masanın üzərində, mərkəzdə mükəmməl görüntü yaradır, eyni zamanda rəfdə də qoyub göz oxşaya bilərsiniz. Rəngləri şəxsi zövqünüzə görə də dəyişə bilərsiniz. Öz ev dekorasiyanız üçün istifadə etməklə yanaşı, bu estetik şamlar yaxınlarınız üçün də yaxşı hədiyyə ola bilər.
Похожие Записи
Ofisi soyuq mövsümə hazırlamaq üçün Çek-list: Bakı üçün xüsusi tövsiyələr
Полезная Информация
2024-11-18
Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?
Полезная Информация
2024-07-23
Yuxuda telefon görmək nə deməkdir?
Полезная Информация
2024-03-26
Yuxuda ilan görmək nə deməkdir?
Полезная Информация
2024-02-08
Yuxuda xalça görmək nə deməkdir?
Полезная Информация
2023-06-13
İş axtaranlara şad xəbər!
Полезная Информация
2023-04-24
Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!
Полезная Информация
2023-04-03
Yuxuda pərdə görmək
Полезная Информация
2023-03-14
Kofe falı haqqında
Полезная Информация
2022-12-21
Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!
Полезная Информация
2022-12-02