2020-10-31
Baxış: 4492
Yaş saçlarla yatmamağınız üçün 7 səbəb
Duş qəbul etdikdən sonra yaş saçlarla yatmağı sevənlər arasındasınızmı? Elə isə sizin üçün pis bir xəbərimiz var: Yaş saçlarla yatmaq bir sıra problemlər gətirə bilər! Yaş saçlarla yatmağın bu zərərlərini eşitdikdən sonra başınızı yastığa qoymadan saçınızı qurutmaq üçün əlavə vaxt ayırmağı düşünə bilərsiniz. Heç vaxt yaş saçlarla yatmamağınız üçün 8 səbəb.
1. Baş dərisini qıcıqlandırır
Qaşıntı və qıcıqlanmış baş dərisinin qıcıqlandırıcı hissini heç yaşamısınız? Ümumiyyətlə bunun üçün şampunumuzu günahlandırırıq, ancaq bu narahat hissin səbəbi yaş saçlarla yatmaq vərdişi ola bilər. Nəmli yastıq üzündə yatmaq, kəpək kimi baş dərisi xəstəlikləri üçün qapını açır. Üstəlik də rütubətli və isti bir mühitdə yatdığımızda, yaş saç bakteriyaların böyüməsinə səbəb ola bilər.
2. Saçda düyünlərə səbəb olur
Yaş saçlar kövrəkdir və saçınızı qurutmadan yatarkən yuxu zamanı dolana bilər. Buna görə səhər yuxudan duranda üsyankar saçlarla qarşılaşa və stress yaşaya bilərsiniz.
3. Baş ağrısı yaradır
Yaş bir baş ilə yatağa getdiyiniz zaman baş ağrısı ilə oyanma riskiniz çoxdur. Bəzi saç baxımı mütəxəssisləri deyirlər ki, yaş saçlarla yatmaq bədən istiliyinizi aşağı salır və bədəniniz istiləşməyə çalışdığı üçün bu baş ağrısına səbəb olur.
4. Saçları qabardır
Yaş saçlarla yatmaq sağlamlığa ciddi problem yaratmır, ancaq saçlarınızın görünüşünə təsir edir. Nəmli saçlar yastıq üzünüzə qarşı daha güclü sürtünmə yaradır və saçlarınızı qabarıq hala gətirir. Yatmazdan əvvəl saçınızı qurutmaq üçün əlavə vaxt ayırmaq həm də qabarıqlıq əleyhinə istifadə etdiyiniz məhsullara sərf etdiyiniz pula qənaət edir.
5. Nazik saçları daha da həcmsiz edir
Nazik saçlar həssasdır və həcmsizdir. Yaş saçlarla yatmaq xüsusilə bu saç tipinə zərər verir. Mütəmadi olaraq nəm saçlarla yatmağı üstün tutsanız, saçınız daha da həcmsiz görünəcəkdir.
6. Saç ucları qırılır və saçqıran yaranır
Saçınızdakı qırıqları təmizləmək üçün salona hansı aralıqlarla gedirsiniz? Əgər bu səbəbdən saç ustasına qısa fasilələrlə gedirsinizə, bunun bir səbəbi yaş saçlarla yatmaq ola bilər. Yaş saçlar qırılmağa həssas olduğundan, yuxu zamanı sola və sağa döndüyünüz zaman kövrəlir və saçqıranların yaranmasına səbəb olur.
7. Dərinin qıcıqlanmasına səbəb olur
Yaş saçlarla yatmaq tək baş dərinizə deyil, dərinizə də təsir edir. Üzünüzə və ya boynuna toxunan yaş saçlar dərinin qıcıqlanmasına səbəb ola bilər. Nəm saç və yataq otağınızdakı istilik də dərini qıcıqlandıran bakteriyalar üçün əlverişli bir mühit yaradır.
Hər zaman baxımlı olun!
8. Əzələlərdə sərtliyə səbəb olur
Ənsəyə dəyən nəm saçlar baş ağrısına səbəb olduğu kimi, eyni zamanda boyun və beldə də ağrılara səbəb olur. Səhərlər ağrısı ilə oyanmaq istəmirsinizsə, saçlarınızı qurutmağınız şərtdir!
Похожие Записи
Günəş ləkələrinə qarşı vasitələr
Услуги красоты
2023-03-29
Saç uzadan üsullar
Услуги красоты
2023-02-18
Cavanlaşdırıcı krem və maskalar
Услуги красоты
2023-02-01
Ağardıcı krem və maskalar
Услуги красоты
2023-01-05
Minoxidil nədir?
Услуги красоты
2022-11-06
Dırnaq rəngləri
Услуги красоты
2022-07-30
Dərini yay ayına hazırlamaq üçün çiyələk maskaları necə hazırlanır?
Услуги красоты
2022-05-15
Xiyarın tərkibində gizlənən gözəllik sirləri
Услуги красоты
2022-03-02
Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər.
Услуги красоты
2021-10-26
Hamar dəri üçün 10 təbii üz maskaları
Услуги красоты
2021-07-08