Üzdəki şişkinliyi aradan qaldıran təbii üsullar

2020-10-31

Baxış: 10199

Üzdəki şişkinliyi aradan qaldıran təbii üsullar

Məhdud hərəkət, iqlim səbəbləri, dərman istifadəsi kimi bəzi amillər bədənimizdəki mayenin artmasına və müxtəlif bölgələrdə şişməyə səbəb olur. Şişkinlik tez-tez ayaqlarda və qollarda ortaya çıxsa da, nadir hallarda üzümüzdə və göz ətrafında baş verə bilər. Ümumiyyətlə digər xəstəliklərin də xəbərçisi olan şişkinlik mütləq müalicə olunmalıdır.


cagir.az -Üzdəki şişkinliyi aradan qaldıran təbii üsullar

 

Bədəndə şişkinlikdən xilas olmaq üçün bir çox təbii həll yolu var. Əgər üzünüzdə tez-tez ödem yaranırsa həkimə müraciət etməlisiniz. Çünki ürək, damar və qaraciyər xəstəlikləri, hormonal xəstəliklər və bəzi allergiyalar şişkinliyin yaranmasına səbəb olan əhəmiyyətli problemlər kimi görünə bilər. Bəs şişkinliyə qarşı hansı tədbirləri ala biləcəyinizi bilirsinizmi?


Yeməklərinizə duzu az əlavə edin

Gün ərzində tez-tez duzlu qidalar istifadə edirsinizsə, natriumun su tutumunu artırdığına görə də üzünüzdə şişkinlik ola bilər. Yeməklərinizi daha az duzla bişirmək, üzünüzdəki bu narahat şişkinliyin qarşısını ala bilər. Əgər duzlu yeməklər yeməyi çox sevirsinizsə, yeməyinizə əlavə etdiyiniz ədviyyatlarla yeməklərinizdəki ləzzət çatışmazlığını aradan qaldıra bilərsiniz.

cagir.az -Üzdəki şişkinliyi aradan qaldıran təbii üsullar


Üz Masajı proseduru

cagir.az -Üzdəki şişkinliyi aradan qaldıran təbii üsullar

 

Üz masajı qan dövranını (nəticədə dəri hüceyrələrinin qidalanması) və limfa axınını yaxşılaşdırır, dərinin elastikliyini yaxşılaşdırır, əzələ karkasında tonuslaşdırıcı effekt yaradır. Və beləliklə, üzdəki şişkinliyi aradan qaldırır. Cagir.az-ın üz masajı xidmətindən yararlana bilərsiniz. Peşəkar masajistlərimiz üz masajını rahat ev şəraitində edəcəkdir. Sifariş üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.


Su qəbulunuza diqqət edin

Hər gün kifayət qədər su qəbul etmək üzünüzdə və ya bədəninizin hər yerində meydana gələn şişkinlikdən qurtulmağa kömək edir... Su zərərli maddələrin bədəninizdən təmizlənməsini sürətləndirir. Yetkin bir insanın digər xəstəliklərin qarşısını almaq üçün hər gün ən azı 8 stəkan su qəbul etməsi də çox vacibdir.

 

Şişkinliyi aradan qaldırmaq üçün kömək olan qidalardan istifadə edin

Bəzi qidalar bədəndən ödəmin xaric olmasını sürətləndirmək xüsusiyyətinə malikdir. Rozmarin, gicitkən, dəfnə yarpaqları və albalı sapından başqa ananas, albalı, ərik və yaşıl yarpaqlı tərəvəzləri daha tez-tez qəbul edərək, üzünüzdəki ödəmi bədəninizdən tez bir zamanda xaric edə bilərsiniz.

 

Hər gün yaşıl çay için

Hər gün bol limonlu bir stəkan yaşıl çay içsəniz əgər, qısa müddətdə üzünüzdəki ödəmi azalda bilərsiniz.

cagir.az -Üzdəki şişkinliyi aradan qaldıran təbii üsullar

 

Maqneziumdan dəstək alın

Maqnezium, bədənə sağlamlıq və idman performansı üçün kömək edə biləcək şeylərdən biridir. Qadınlar üzərində aparılan bəzi araşdırmalar, maqneziumun şişkinliyi aradan qaldırıcı xüsusiyyətinə sahib olduğunu açıqladı. Bu səbəblə lazımi miqdarda maqnezium əlavələri istifadə edərək üzünüzdəki şişkinliyi aradan qaldıra bilərsiniz.

 

Yuxu müddətinizi artırın

Yuxu böyrəklərdəki natrium və su balansını qorumağa kömək edir. Bu səbəblə, üzünüzdəki şişkinliyi aradan qaldırmaq üçün yuxu vaxtınızı artıra bilərsiniz.

 

İdmanla məşğul olun

Daimi idman və məşqlər maye balansını tənzimləyir və saxlayır. Sağlam bir həyat üçün zəruri olan bu məşqlər həm bədənimizi, həm də ruhumuzu sağaldır. Son zamanlarda çox məşhur olan üz yoqasını üzünüzdəki şişkinlik üçün də sınaya bilərsiniz. Üz yogası sayəsində üzünüzdəki qan dövranı sürətlənir və şişkinlik tədricən azalır və rahatlaşırsınız.

cagir.az -Üzdəki şişkinliyi aradan qaldıran təbii üsullar

Делиться:

fb_iconlinkedin_icon

Похожие Записи

Günəş ləkələrinə qarşı vasitələr

Günəş ləkələrinə qarşı vasitələr

Услуги красоты

2023-03-29

Saç uzadan üsullar

Saç uzadan üsullar

Услуги красоты

2023-02-18

Cavanlaşdırıcı krem və maskalar

Cavanlaşdırıcı krem və maskalar

Услуги красоты

2023-02-01

Ağardıcı krem və maskalar

Ağardıcı krem və maskalar

Услуги красоты

2023-01-05

Minoxidil nədir?

Minoxidil nədir?

Услуги красоты

2022-11-06

Dırnaq rəngləri

Dırnaq rəngləri

Услуги красоты

2022-07-30

Xiyarın tərkibində gizlənən gözəllik sirləri

Xiyarın tərkibində gizlənən gözəllik sirləri

Услуги красоты

2022-03-02

Hamar dəri üçün 10 təbii üz maskaları

Hamar dəri üçün 10 təbii üz maskaları

Услуги красоты

2021-07-08

Cagir.az zəng et

Qiymət sizə SMS vasitəsilə ilə göndəriləcək