2020-10-31
Baxış: 7226
Təbii vasitələrlə üzündəki məsamələri təmizlə
Genişlənmiş məsamələr xüsusilə yağlı dərisi olan insanlarda rast gəlinən dəri problemlərindən biridir. Ümumiyyətlə, geniş məsamələr gün ərzində toz, kir yaxşı təmizlənmədikdə makiyaj qalıqlarına məruz qaldıqda qara nöqtələr və sızanaqlar kimi problemlərə səbəb ola bilər. Geniş məsamələrinin təbii yolla yığılması üçün bir neçə vasitələr haqda bu yazıda paylaşırıq.
Qadınların ən böyük dəri problemlərindən biri olan geniş məsamələrin meydana gəlməsinin səbəbləri arasında, dəriyə qulluqa əhəmiyyət verilməməsi, yaş artdıqca elastikliyini itirmiş bir dəri, siqaret çəkmək, günəş kremi istifadə etməmək kimi amillər birinci yeri tutur. Bütün kimyəvi maddələrdən uzaq olmağı seçərək məsamələrinizi tamamilə təbii üsullarla azaltmağa hazırsınız?
1. Yumurta ağı maskası
Ən çox istifadə olunan təbii üsullar arasında yumurta ağları birinci yeri tutur. Yumurta ağı bu xüsusiyyəti sayəsində bir çox məşhur markanın məsamə maskalarına ilham qaynağı oldu.
Etməli olduğunuz: yumurta ağını köpük halını alana kimi qarışdırıb məsamələrin bol olduğu yerlərə tətbiq etməlisiniz. Yumurta ağı quruduqdan və dəriniz bir az dartıldıqdan sonra üzünüzü yuyun və qurulayın. Dərinin qurumasına səbəb olmamaq üçün bu maskanı həftədə 2 dəfədən çox istifadə etməməyinizi tövsiyə edirik.
2. Qazlı su
Tərkibindəki minerallar sayəsində bədəninizi daxildən qidalandırdığı qədər xaricindən də möcüzələr yarada bilir. Üzünüzü təmizlədikdən sonra mineral suyu tonik olaraq istifadə etmək məsamələrin azalmasında çox faydalıdır. Buz qabında mineral suyu dondurub səhər oyandığınız zaman üzünüzü həmən buz kubu ilə silə bilərsiniz. Soyuğun da yaratdığı şok effekti ilə daha möhkəm dəriyə sahib olacaqsınız.
3. Yaş maya maskası
Maya əsrlər boyu gözəllik üçün istifadə olunan bir məhsuldur. Mayanın içindəki canlı bakteriyalar sayəsində bir maya maskası ilə dəri ləkələrindən və aknelərdən qurtula, daha parlaq dəriyə sahib ola və geniş məsamələri yığa bilərsiniz.
Hazırlanması olduqca sadədir:
Bir balaca paket yaş mayanı krem halı alana kimi süd əlavə edərək qarışdırın və üzünüzə çəkin. Mayanın quruması və maskanın təsirini göstərməsi üçün təxminən 20 dəqiqə kifayət edəcəkdir. 20 dəqiqədən sonra üzünüzü yuyun. Bu maskanı həftədə 1-2 dəfə tətbiq edə bilərsiniz.
4. Qızılgül suyu
Təbiətin başqa bir möcüzəsi olan qızılgül suyunu tonik kimi istifadə edə bilərsiniz. Gül suyu müntəzəm olaraq istifadə edildikdə məsamələri təkcə sıxlaşdırmır, eyni zamanda dərini yeniləyir, parlaqlıq verir, nəmləndirir və təravətləndirir. Gül suyu seçərkən diqqət yetirməli olduğunuz məqam: təsirinin olması üçün gül suyunun orijinal olması lazımdır. Həqiqi qızılgül yarpaqlarından hazırlandığına əmin olmalısınız.
Hər zaman baxımlı olun!
Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir! Xidmətlərdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
Похожие Записи
Günəş ləkələrinə qarşı vasitələr
Услуги красоты
2023-03-29
Saç uzadan üsullar
Услуги красоты
2023-02-18
Cavanlaşdırıcı krem və maskalar
Услуги красоты
2023-02-01
Ağardıcı krem və maskalar
Услуги красоты
2023-01-05
Minoxidil nədir?
Услуги красоты
2022-11-06
Dırnaq rəngləri
Услуги красоты
2022-07-30
Dərini yay ayına hazırlamaq üçün çiyələk maskaları necə hazırlanır?
Услуги красоты
2022-05-15
Xiyarın tərkibində gizlənən gözəllik sirləri
Услуги красоты
2022-03-02
Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər.
Услуги красоты
2021-10-26
Hamar dəri üçün 10 təbii üz maskaları
Услуги красоты
2021-07-08