2021-06-18
Baxış: 30261
Sürətli arıqladan qidalar siyahısı
Əgər arıqlamağa çalışırsınızsa, sağlam qidalar yeməlisiniz. Araşdırmalara görə, bəzi qidalar həm iştaha təsir edir, həm də sürətli arıqlamağa kömək edir. Bu super qidalar pəhrizə və həyat tərzinizə daxil olduqda, arıqlamaq üçün inanılmaz dərəcədə faydalı ola bilər. Sürətli arıqladan qidalar sayəsində xəyal etdiyiniz bədənə quruluşuna sahib ola bilərsiniz.
Zülal və lif mənbəyi olan qidalar kilo nəzarəti zamanı faydalı ola bilər. Meyvə, qoz-fındıq, tərəvəz və qatıq kimi bəzi qidaların çəki azaltmağa səbəb ola biləcəyi bir həqiqətdir. Kartof cipsi, qırmızı ət və şəkərli içkilərin də çəki artırdığını bilirik. Bütün bunlara əsaslanaraq arıqlamağa çalışarkən qızardılmış qidaları, şəkər qatılmış qidaları, yüksək yağlı ətləri həyatınızdan kənarlaşdırmalı olduğunuzu unutmamalısınız. Bəzi qidalar çəki itkinizi sürətləndirə bilər, ancaq proqramınızı fiziki fəaliyyətlə dəstəkləsəniz, daha yaxşı nəticələr əldə edə bilərsiniz.
Sürətli arıqladan qidalar
Yeməklərin kaloriləri bərabər deyil. Hər qida bədəninizdə fərqli metabolik yollardan keçir. Hormonlarınıza, aclığınıza və yandırdığınız kalori sayına müsbət təsir edən möcüzəvi qidaların siyahısı:
Yumurta
Bəzi insanların çox miqdarda yumurta yeməsi LDL kimi bilinən zərərli xolesterol səviyyəsini yüksəltsə də, arıqlamağınız üçün lazım olan ən yaxşı qidalardan biri də yumurtadır. Həddindən artıq çəkili 50 insan arasında aparılan araşdırmaya görə, səhər yeməyində yumurta yemək, ilk 36 saat ərzində daha az yemək yeməyə səbəb olur. Yumurta düşündüyünüzdən daha çox doyurucudur və kalorisi məhdud bir pəhrizə mütləq daxil edilməlidir. Çəki atmağa kömək edən və iştahı boğan yumurtanı gündə 1 ədəd yeməyiniz məsləhətdir.
Yaşıl yarpaqlı tərəvəzlər
Tez və təsirli bir şəkildə arıqlamaq istəyirsinizsə, kifayət qədər yaşıl yarpaqlı tərəvəzlər yeməlisiniz. Kələm, ispanaq kimi bəzi tərəvəzlər bu işdə olduqca yaxşıdır. Az kalorili və çəki itkisini sürətləndirən bol liflə dolu yaşıl yarpaqlı tərəvəzləri istədiyiniz qədər yeyə bilərsiniz. Bu tərəvəzlərin enerji mənbəyi olduğunu da bilməlisiniz. Yağ yandırmağa kömək edən və bir çox vitamin, antioksidan və kalsiumla zəngin olan yaşıl yarpaqlı tərəvəzləri pəhrizinizə mütləq daxil etməlisiniz.
Qızıl balıq
Yağlı balıqlar inanılmaz dərəcədə sağlıqlı və orqanizm üçün faydalıdır. Az kalorili və doyurucu xüsusiyyətlərinə görə qızıl balıq, sürətli arıqladan qidalar siyahısına daxildir. Qızıl balıq böyük bir protein mənbəyidir. Metabolizmanın yaxşı işləməsi üçün tiroid hormonu öz funksiyalarını yerinə yetirməlidir. Qızıl balığın bu baxımdan da faydaları olduğunu deyə bilərik. Qızıl balıq piylənmə və metabolik xəstəliklərdə əhəmiyyətli rol oynadığı bilinən iltihabı azaldır. Səbəbi omeqa-3 yağ turşuları ilə zəngindir.
Kəsmik
Süd məhsulları zülal baxımından yüksək olur. Bu qrupdakı ən yaxşı qidalardan biri kəsmikdir. Az kalorili və az yağlı kəsmik arıqlama prosesini sürətləndirə bilər. Kəsmik də protein qəbulunuzu dəstəkləyir deyə bilərik. Digər pendir növlərindən daha az kalorili kəsmik sizi tez doyuracaq. Kəsmiyin tərkibindəki kalsium yağ yandırma prosesində təsirli rol oynayır.
Avokado
Bənzərsiz və məşhur bir meyvə olan avokado, çəki atmaq dövründə sizə yaxşı dəstək ola bilər. Əksər meyvələrin tərkibində karbohidrat var, lakin bu, avokado üçün keçərli deyil. Avokadonun tərkibində çox miqdarda su və lif var. Bu səbəblə kalorisi azdır və doyurucu xüsusiyyətə malikdir. Bütün bunların yanında avokado yaxşı bir kalium mənbəyidir.
Qreypfrut
Qreypfrut - sürətli arıqladan qidalar siyahısında olmağa layiq olan qidalardan biridir. Çəki nəzarətində böyük təsirlərini sübut edən C vitaminli qreypfrut son dərəcə yaxşı bir yağ yandırıcıdır. Yeməkdən yarım saat əvvəl qreypfrut yemək arıqlama prosesini sürətləndirməkdə faydalı olacaqdır. Qreypfrutun müxtəlif xroniki xəstəliklərdən qorunmaq üçün istifadəsi də açıqlanıb.
Tünd şokolad
Tünd şokolad da bənzərsiz qida maddələri ilə zəngindir. Kifayət qədər yedikdə arıqlamağa imkan verən tünd şokolad, eyni zamanda ürək sağlamlığınızı ən yaxşı şəkildə qoruyur. Lakin istifadə edəcəyiniz tünd şokoladın ən az 70 % kakaolu olmasına diqqət edin. Əks təqdirdə, yağ yandırmaq üçün heç bir fayda görə bilməzsiniz.
Hər zaman gözəl və baxımlı olun!
Похожие Записи
Günəş ləkələrinə qarşı vasitələr
Услуги красоты
2023-03-29
Saç uzadan üsullar
Услуги красоты
2023-02-18
Cavanlaşdırıcı krem və maskalar
Услуги красоты
2023-02-01
Ağardıcı krem və maskalar
Услуги красоты
2023-01-05
Minoxidil nədir?
Услуги красоты
2022-11-06
Dırnaq rəngləri
Услуги красоты
2022-07-30
Dərini yay ayına hazırlamaq üçün çiyələk maskaları necə hazırlanır?
Услуги красоты
2022-05-15
Xiyarın tərkibində gizlənən gözəllik sirləri
Услуги красоты
2022-03-02
Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər.
Услуги красоты
2021-10-26
Hamar dəri üçün 10 təbii üz maskaları
Услуги красоты
2021-07-08