Saç tipinizə görə darağınızı seçin.

2021-03-24

Baxış: 11650

Saç tipinizə görə darağınızı seçin.

Düzgün daraq ilə saçınıza daha asan və zərər vermədən qulluq edə bilərsiniz. Bəzi daraqlar saçlarınızın elektriklənməsinə səbəb olsa da, bəziləri saçınıza forma verməyə köməklik edir. Əgər nəyə ehtiyacınız olduğunu bilirsinizsə, hansı darağı istifadə edəcəyinizi asanlıqla öyrənə biləcəyiniz daraq təlimatını hazırladıq.


1 - Teezer fırçalı daraq

İncə və quru saç tiplərinə uyğundur. Plastik diş daraqlar saçlara dolğunluq verir. Saçlarınız qalın deyilsə, bu daraq ilə asanlıqla həcm verə bilərsiniz. Eyni zamanda bu daraq saç dərisini masaj etmək xüsusiyyətinə malikdir.

cagir.az - Saç tipinizə görə darağınızı seçin.


2 - Metal dəyirmi daraq

Bütün saç tiplərinə uyğundur. Bu metal əsaslı daraq incə dişləri sayəsində saçlarınızı hamarlaşdırmağa kömək edir. Məsələn, saçınızı tam arxaya və ya topuz yığarkən və ya sıx bir şəkildə yığmaq istədiyiniz zaman bu darağı rahatlıqla istifadə edə bilərsiniz. Ancaq saçlarınız çox incədirsə, rahat istifadə edə bilməyəcəksiniz.

cagir.az - Saç tipinizə görə darağınızı seçin.


3 - Geniş səthli daraqlar

İncə, dalğalı və qıvrım saçlara uyğundur. Geniş səth fırçalar saçın təbii dalğasını pozmur. Saçlarınızın şişməsini istəmirsinizsə, bu tip geniş səthli fırçaları seçə bilərsiniz.


4 - Dəyirmi fırçalı daraq

Bütün saç tiplərinə uyğundur. Ümumiyyətlə fenlə istifadə olunan bu daraq təbii və qüsursuz nəticələr verir. Ən çətin saç tiplərində belə asanlıqla istənilən forma verir. Nəmli və yaş saça tətbiq edə bilərsiniz.


5 - Makiyaj fırçası

Bu makiyaj fırçasının burada nə işi var deyə düşünməyin. Saçınıza sprey sıxdıqdan sonra bir ənlik fırçasının köməyi ilə görünüşü tamamilə qüsursuz edə bilərsiniz.


6 - Klassik daraq

İncə və qalın saç tiplərinə uyğundur. Düyünlü və ya həddindən artıq qarışıq saçlarınızı saç köklərinə zərər vermədən açmaq istəyirsinizsə, bu fırçanı seçə bilərsiniz.

cagir.az - Saç tipinizə görə darağınızı seçin.


7 - Taxta daraq

Əgər saçlarınız çox elektriklənirsə, istifadə etdiyiniz daraq plastik deyil, taxta olmalıdır.


Hər zaman baxımlı olun!



cagir.az - Saç tipinizə görə darağınızı seçin.



Делиться:

fb_iconlinkedin_icon

Похожие Записи

Günəş ləkələrinə qarşı vasitələr

Günəş ləkələrinə qarşı vasitələr

Услуги красоты

2023-03-29

Saç uzadan üsullar

Saç uzadan üsullar

Услуги красоты

2023-02-18

Cavanlaşdırıcı krem və maskalar

Cavanlaşdırıcı krem və maskalar

Услуги красоты

2023-02-01

Ağardıcı krem və maskalar

Ağardıcı krem və maskalar

Услуги красоты

2023-01-05

Minoxidil nədir?

Minoxidil nədir?

Услуги красоты

2022-11-06

Dırnaq rəngləri

Dırnaq rəngləri

Услуги красоты

2022-07-30

Xiyarın tərkibində gizlənən gözəllik sirləri

Xiyarın tərkibində gizlənən gözəllik sirləri

Услуги красоты

2022-03-02

Hamar dəri üçün 10 təbii üz maskaları

Hamar dəri üçün 10 təbii üz maskaları

Услуги красоты

2021-07-08

Cagir.az zəng et

Qiymət sizə SMS vasitəsilə ilə göndəriləcək