2020-10-31
Baxış: 4689
Qidaların ömrünü necə uzatmaq olar
Aldığınız bananın rəngi qısa zamanda qəhvəyi rəngə çevrilir? Bəs soyuducuda saxlıya bilmdədiyiniz qidaların uzun müddət xarab olmadan qalmasını necə təmin edə bilərsiniz? Hansı qidalar uzun müddət xarab olmadan saxlanıla bilər?
Bu yazımızı iki başlıq altında bir yerə yığdıq:
- Hansı qidalar uzun müddət xarab olmadan qoruna bilər
- Soyuducudan necə maksimum səmərə ilə faydalanmaq olar
Hansı qidalar xarab olmadan uzun müddət qoruna bilər?
Duz və şəkər: Hava almayacaq formada qorunduğunda duz və şəkər illərlə saxlanıla bilər.
Quru dənli bitkilər: Dənli bitkilər qurudulduğunda və hava keçirtməyən formada saxlanıldığında illərlə xarab olmadan qoruna bilər.
Düyü: İçərisində həşarat yumurtası olub olmadığını yoxladıqdan sonra uyğun bir soyuducu torbasında düyü uzun müddət saxlanıla bilər.
Çərəzlər: Əgər çərəzlər nəmə məruz qalıbsa, onda mütləq sərin və quru yerdə qorumalısınız. Soyuducu olmadan da çərəzləri quru yerdə uzun müddət saxlamaq mümküdür.
Bal: Bal demək olar ki, xarab olmayan bir qidadır. Ona görə də balı otaq temperaturunda bir bankanın içində rahatlıqla illərlə saxlaya bilərsiniz.
Zeytun: Zeytunu uzun müddət xarab olmadan saxlamaq istəyirsinizsə, onları yağ istifadə etmədən və yumadan bir şüşə bankaya qoymalısınız.
Konservalar: Ümumilikdə yüksək miqdarda sodium və duzdan ibarət olan konservalar asanlıqla xarab olmazlar. Ona görə konservləşdirilmiş qidaları da uzun müddət saxlaya bilərsiniz.
Makaronlar: Bu tip qidaları sərin və quru bir yerdə saxlasanız, uzun müddət xarab olmadan qala bilirlər.
Soyuducudan maksimu faydalanmaq
Qidaları daha uzun müddət xarab olmadan saxlaya bilmək üçün və maksimum faydalanmaq üçün bəzi məqamlara diqqət etməlisiniz. Ümumilikdə soyuducunun rəfləri fərqli dərəcələrdə soyuq olur, ona görə bu nüansı mütləq nəzərə alın.
Soyuducunuzda nasazlıq var? Təcrübəli cagir.az ustaları soyuducuların təmirini , qaz vurulmasını, detal dəyişimi və həmçinin texniki baxışını yüksək səviyyədə edəcəkdir. Soyuducu ustası xidmətindən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
Üst və orta rəflər: Bu rəflərdə hazır paketli, ya da paketsiz qidaları saxlayın. Həmçinin süd, yumurta kimi məhsulları soyuducunun qapağı yerinə yerləşdirin. Bunun səbəbi isə, soyuducu qapaqlarının yetərli soyuqluğu təmin edə bilməməsidir.
Alt rəflər: Soyuducunun alt rəfləri isə ət, balıq, toyuq kimi işlənməmiş və bişməmiş məhsulları, yeməyə hazır qidalardan uzaq yerdə qorumaq lazımdır. Soyuducunun alt rəfləri daha soyuq olduğu üçün bu məhsulların burda qorunması rahat bir formada xarab olmaqlarına mane olacaqdır.
Meyvə və tərəvəz rəfləri: Meyvə və tərəvəzlərin soyuducunun ən altında olan rəfə yerləşdirərkən onları ayrı qoymaq lazımdır. Çünki meyvələrdə olan etilen maddəsi tərəvəzlərin sürətlə çürüməklərinə səbəb olur. Digər bir məsələ isə, meyvə və tərəvəzləri yumadan yerləşdirməyin. Bu da onların daha sürətlə çürüməyinə səbəb olur. Həmçinin meyvə və tərəvəzləri soyuducuya kəsərək qoymaq olmaz. Çünki bu da onların daha sürətlə çürüməsinə səbəb olur.
Похожие Записи
Ofisi soyuq mövsümə hazırlamaq üçün Çek-list: Bakı üçün xüsusi tövsiyələr
Полезная Информация
2024-11-18
Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?
Полезная Информация
2024-07-23
Yuxuda telefon görmək nə deməkdir?
Полезная Информация
2024-03-26
Yuxuda ilan görmək nə deməkdir?
Полезная Информация
2024-02-08
Yuxuda xalça görmək nə deməkdir?
Полезная Информация
2023-06-13
İş axtaranlara şad xəbər!
Полезная Информация
2023-04-24
Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!
Полезная Информация
2023-04-03
Yuxuda pərdə görmək
Полезная Информация
2023-03-14
Kofe falı haqqında
Полезная Информация
2022-12-21
Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!
Полезная Информация
2022-12-02