Qatığın sağlamlığımızda hansı rolu var?

2021-07-01

Baxış: 8666

Qatığın sağlamlığımızda hansı rolu var?

Mətbəxtdə çox əhəmiyyətli bir yer tutan qatıq zəngin zülal, mineral və vitamin qaynağıdır. Qatıq dişlərdən sümüklərə, əzələlərdən oynaqlara, həzm sistemindən immunitet sisteminə qədər bir çox toxuma və həzm sistemi üçün faydalıdır.

 

Bağırsaq sağlamlığı üçün faydalıdır.

Qatıq bağırsaq sağlamlığına faydalı təsir göstərir. Qatıqdakı probiyotiklər bağırsaq floramızı qidalandıraraq həzm problemlərinin yaxşılaşdırılmasına kömək edir. Qatıqda olan probiyotiklər bağırsaq hərəkətlərini artıraraq qəbizlik, ishal və həzmsizlik kimi şikayətlərdə yaxşı təsir görsədir.

 

Bədənin müqavimətini artırır.

Bədən müqavimətimiz mövsümi keçidlərdə və qış aylarında azala bilər. Qatığın faydaları arasında olan bədən müqavimətini artırma xüsusiyyəti qatıqdakı probiyotiklər və tərkibindəki protein, minerallar və vitaminlərdən qaynaqlanır. Bu xüsusiyyətlər sayəsində vücudun antikor istehsalını dəstəkləyən qatıq, bağırsaq florasını tənzimlədiyi üçün bir çox xərçəng növündə qoruyucu təsir göstərir. Bədən müqavimətinin təsirindən faydalanmaq üçün gündə 1 fincan qatıq içmək kifayətdir.

 cagir.az -Qatığın sağlamlığımızda hansı rolu var?


Hüceyrələrin və toxumaların bərpasına kömək edir.

Bədənimizdəki hüceyrələr və toxumalar müxtəlif səbəblərdən, xüsusilə də zərərli pəhriz səbəbindən zədələnir. Gündəlik istifadə edilən qatıq, hüceyrələrin və toxumaların bərpasına böyük kömək edir. Bədənin hüceyrələrinin və toxumalarının bərpası üçün lazım olan zəngin protein, mineral və vitamin mənbəyi olan qatıq, bədənimizdəki yaralar üçün də çox faydalıdır. Yaraların sağalma müddətini sürətləndirən qatığın hüceyrələr və toxumalar üzərində müsbət təsiri var.

 

Dəri və dəri xəstəliklərindən qoruyur.

Qatığın faydalarından biri də dəri və dəri xəstəliklərinə qarşı qoruyucu təsiri olmağıdır. Qatıqda olan faydalı bakteriyalar yalnız bağırsaq sağlamlığı üçün deyil, dəri və dəri sağlamlığı üçün də vacibdir. Dəridəki sızanaqlar və yaralar üçün faydalı olan qatıq bəzi göbələk infeksiyalarına qarşı qoruyucu rol oynayır. Ancaq gündəlik süddən istifadə edərək qatıq hazırlamağı üstün tutursunuzsa, südünüzü etibarlı mənbələrdən almağa və qatıq hazırlayarkən gigiyena şərtlərinə riayət etməyinizə diqqət yetirməlisiniz. Əks təqdirdə, qatığın faydaları barədə müsbət bir nəticə əldə etməyəcəksiniz.

cagir.az -Qatığın sağlamlığımızda hansı rolu var?

 

Təzyiqi tənzimləyir.

Qatıq yüksək qan təzyiqi riskini azaldır. Hər gün 1 fincan qatıq içən insanlarda normal qan təzyiqi olur. Təzyiq xəstəsisinizsə, gündə 1 fincandan çox qatıq istifadə etməməlisiniz.

 

Xolesterolu azaldır və qan şəkərini tarazlayır.

Qatığın tərkibində yüksək miqdarda kalium, fosfor, yod, sink və A, B və E vitaminləri var. Bu maddələr sayəsində qatıq xolesterolu azaldır və qan şəkərinin tarazlaşdırılmasına əhəmiyyətli bir kömək edir. Həmçinin, qan şəkərini azaldaraq bədəndə aclıq hissi yaratmır. Bu xüsusiyyətinə görə pəhriz saxlayan insanlar tərəfindən tez-tez istifadə olunur. Xolesterol xəstələri qatığın faydalarına diqqət yetirməlidirlər. Əslində xolesterol xəstələri yağlı qatıq istifadə etməməli və az yağlı süddən hazırlanan qatıqlara üstünlük verməlidirlər.

cagir.az -Qatığın sağlamlığımızda hansı rolu var?

Sümük sistemini və dişləri gücləndirir.

Qatığın tərkibində olan yüksək miqdarda kalsium və sink, sümük sistemini və dişləri gücləndirir. Qığırdaqları və sümükləri bərpa edən qatıq, bədənin daha çox D vitamini yığmasına imkan yaradaraq sümük və diş inkişafını dəstəkləyir. Qatıq diş çürüməsinin qarşısını alır və diş minasını gücləndirir. Tərkibindəki kalsiumdan əlavə olaraq maqnezium, kalium və protein sayəsində əzələ funksiyalarını gücləndirir və sinir ötürülməsini sürətləndirir. Qatıqdan sümük sisteminizi və dişlərinizi qorumaq üçün tək və ya digər qidalarla birgə istifadə edə bilərsiniz.

Делиться:

fb_iconlinkedin_icon

Похожие Записи

Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?

Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?

Полезная Информация

2024-07-23

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Полезная Информация

2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?

Yuxuda ilan görmək nə deməkdir?

Полезная Информация

2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Полезная Информация

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Полезная Информация

2023-04-24

Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!

Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!

Полезная Информация

2023-04-03

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Полезная Информация

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Полезная Информация

2022-12-21

Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!

Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!

Полезная Информация

2022-12-02

Cagir.az zəng et

Qiymət sizə SMS vasitəsilə ilə göndəriləcək