2022-11-29
Baxış: 5234
Payızda ölkəni qarış-qarış gəzin!
Payızın ən gözəl tərəflərindən biri də hər tərəfin qızılı rəngə boyanmasıdır. Yayda bəlkə də çoxumuz səyahətə çıxdıq, əyləndik, üzdük və bütün ilin stresindən mümkün qədər xilas olduq. İndi qarşımızda qış ayları öncəsi son bir tətil fürsətimiz var. Dinc və xoş istirahət fürsəti. Ürəyi isidən təbiət, yaşıldan narıncıya dönən təbiət və mavidən bənövşəyə dönən axşam səması... Mənzərələri təsvir edərkən belə heyrətlənməmək olduqca çətin ola bilər. Təbiətin səssizliyində gəzinti edə, saatlarla nəfəs kəsən mənzərələrdən həzz ala və bir çox başqa fəaliyyətlərlə məşğul ola bilərsiniz. Bu səbəbdən payızda hara gedəcəyini soruşanlar üçün biz cagir.az ailəsi sizlər üçün gözəl bir məqalə hazırlamışıq. Qış gəlməmişdən əvvəl payız havasından həzz almaq üçün nə deyirsiniz?
Şəki istirahət mərkəzi və otelləri
Xüsusilə zəngin təbiəti ilə ziyarətçilərinə vizual ziyafət təqdim edən Şəkini mütləq səyahətlər siyahısına əlavə etməlisiniz. Vətənimizin bütün gözəlliklərini coğrafi olaraq təqdim edən Şəkidə mükəmməl oksigen var. Buradan keçmiş qoxusu gəlir desək, mübaliğə olmaz. Mənzərələri, səhər yüngül dumanlı havası və mülayim küləkləri ilə mükəmməl payız mənzərəsidir. Şəkinin müxtəlif tarixi və təbiət əraziləri var.Bunlardan Şəki Xan sarayı haqqında sizə məlumat verməyə hazırıq.
Şəki Xan Sarayı 18-ci əsrdə Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə tikilmişdir.Bu günümüzdə belə Şəki Xan Sarayına minlərlə insan, çoxlu sayda turistlər gəlib vətənimizin keçmişi ilə maraqlanırlar.
Şəki də çoxlu sayda otel, istirahət mərkəzləri də mövcuddur. Bunlara misal olaraq “Marxal Resort&Spa”, “Şəki Palace Otel”, “Karvansaray Hotel Şəki”, “Şəki Park Otel” və .s
Ən əsas etməli olduqlarnızdan biri isə Şəki şirniyyatlarının dadına baxmaqdır. Şəki paxlavası, şəki halvası mütləq yeməli olduqlarınız siyahısındadır.
İsmayıllı istirahət mərkəzləri və otelləri
Təsadüfi deyil ki, payız deyiləndə ilk ağla gələn yer İsmayıllıdır. Payızda gediləcək istirahət mərkəzi, otellər arasında İsmayıllının “Green house”, “Qız Qalası”, “Qızıl Dərə” istirahət mərkəzlərini, Lahıcda yerləşən “Evim Otel”i qeyd edə bilərsiniz.
Green House - Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olan İsmayıllıda yerləşir. Restoranda hovuz, uşaq meydançası, bilyard salonu, tennis, futbol, voleybol meydançaları, park yeri fəaliyyət göstərir.
Qızıl qaya - İsmayıllıda, dağın ətəyində yaşıl meşə ilə əhatələnmiş ərazidə yerləşən «Qızıl qaya» istirahət mərkəzində icarə kotteclər,kirayə evlərdə təklif olunur.
İsmayıllıya səfər edəcəksinizsə İsmayıllının gəzməli-görməli yerlərinədə mütləq baş çəkməlisiniz. İsmayıllının görməli yerlər siyahısında ən ilklərdə gələnləri əziz oxucularımız sizə təqdim edirik.
Lahıc, Basqal, Qalacıq kəndi, İvanovka, Cavanşir qalası, Diyarşünaslıq Muzeyi və s. Yolunuz İsmayıllıdan keçərsə mütləq sadaladığımız gözəl yerlərlə tanış olub, vətənimizi seyr edin.
Qəbələ istirahət mərkəzləri və otelləri
Qəbələdə turizmin inkişafı yeni otellərin, istirahət mərkəzlərinin açılmasına kömək edib, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, Qəbələ həm yaz-yay, həm də payız- qış turizmi üçün ideal bölgə hesab edilir. Qəbələdə çoxlu sayda otel və istirahət mərkəzləri mövcuddur. Bunların bir neçəsi ilə cagir.az sizləri tanış edib, ətraflı məlumatlandıracaq. “Qafqaz Resort Hotel”, “Qəbələ Garden Hotel”, “Kaspia Yeddi Gözəl Hotel”, “Emarald House Qəbələ”, “Qəbələ villa Exceptional”, “Chenot Palace Qəbələ” və.s
Qəbələdə yerləşən Qafqaz Tufandag Mountain Resort Hotel-də restoran, fitness mərkəzi, bar və bağça var.
Qəbələ Tufandag City Hotel-də istirahət zonası, pulsuz Wi-Fi və pulsuz parkinq mövcuddur. Otelin otaqları kondisioner, minibar, televizor və fen ilə təchiz olunub.
Qax istirahət mərkəzi və otelləri
Qaxın bənzərsiz təbiətini ortaya qoyan İlisu payızda tamam başqa bir gözəlliyə bürünür. Düşən yarpaqların yaratdığı rənglər sanki sənət əsəridir. Xüsusilə payız aylarında sakit atmosfer buranı daha da özəl edir.
Payızda istirahət edəcəyiniz rayonlar arasında Qaxı seçsəniz, sizə təqdim edəcəyimiz otel və istirahət mərkəzlərini qeyd edib müraciət edə bilərsiniz.
“Şimşek Motel&Restaurant”, “Berges otel and Restaurant”, “Alp Hotel”, “El Resort Hotel”, “Paradise House”, “Kabalaka Villa” və.s
İstirahətin dadını çıxarmaq təmiz və problemsiz evə dönməklə tamamlanır. İstirahət sonrası evin tozlandığını və ya krantın su axıtdığını görməmək üçün ən gözəl seçim bizə zəng etməkdir! Sifariş və ya əlavə məlumat üçün əlaqə nömrəsi: +994703482606
Похожие Записи
Ofisi soyuq mövsümə hazırlamaq üçün Çek-list: Bakı üçün xüsusi tövsiyələr
Полезная Информация
2024-11-18
Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?
Полезная Информация
2024-07-23
Yuxuda telefon görmək nə deməkdir?
Полезная Информация
2024-03-26
Yuxuda ilan görmək nə deməkdir?
Полезная Информация
2024-02-08
Yuxuda xalça görmək nə deməkdir?
Полезная Информация
2023-06-13
İş axtaranlara şad xəbər!
Полезная Информация
2023-04-24
Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!
Полезная Информация
2023-04-03
Yuxuda pərdə görmək
Полезная Информация
2023-03-14
Kofe falı haqqında
Полезная Информация
2022-12-21
Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!
Полезная Информация
2022-12-02