Mükəmməl bir səhər rutini ilə günə başlayın

2021-06-20

Baxış: 6796

Mükəmməl bir səhər rutini ilə günə başlayın

İnternetdə səhər rutinləri və günü daha məhsuldar keçirtmək barədə bir çox məqalə var. Əslində, bu məzmunda bir çox faydalı tövsiyyələr olmasına baxmayaraq, hər kəs üçün tək və düzgün bir rutin və tövsiyənin olmadığı bir həqiqətdir. Bu səbəbdən hər kəsin özünə uyğun olan vərdişləri seçməsi lazımdır və bunun ən asan yolu sizin üçün yaxşı olanları rutinləşdirməkdir. Üstəlik bir çoxumuzun çox vaxtının evdə uzun müddət keçirdiyini nəzərə alsaq, bəzi müsbət vərdişlər və qaydalar itirilmiş ola bilər. Bütün bunları nəzərə alaraq, bu yazıda müsbət vərdişləri yenidən bərpa edərkən sizin üçün ən uyğun olan səhər rutininizi bərpa etmək üçün bəzi fikirlər hazırladıq. Unutmayın, sizin üçün ən doğru olan rutini yalnız siz bilirsiniz! 

cagir.az -Mükəmməl bir səhər rutini ilə günə başlayın


Günə erkən başlamaq 

Erkən oyanmaq, o gün içində görəcəyiniz işləri planlaşdırmağınıza və daha çox işlər görməyinizə imkan verir. Ancaq səhər insanı deyilsənizsə, buna görə səhər çox erkən durmağı tabu halına gətirməyin. Bir çox uğurlu insan daha səmərəli işləyə biləcəyi üçün gecə işləməyi üstün tutur. Erkən qalxmalı olsanız, əlbəttə ki, işiniz fərqli olacaqdır. Səhər yeməyinə vaxt ayırmaq, meditasiya, idman etmək üçün erkən oyanmalısınız. İndi rutininizə nə əlavə edə biləcəyiniz barədə danışaq.

 

Meditasiya

Konsantrasiyanın olmaması bu gün bir çoxumuz üçün problemdir, meditasiya, yoga və ya idman kimi fəaliyyətlərin bu problemin həllinə kömək etdiyini göstərən araşdırmalar var. Beyinin günün ilk saatlarında daha yaxşı işləməsi də bilinən bir həqiqətdir. Bu səbəbdən, rutininizə idman kimi bir fiziki fəaliyyət və ya meditasiya kimi bir zehni fəaliyyət əlavə etmək onun effektivliyini artıracaqdır.

cagir.az -Mükəmməl bir səhər rutini ilə günə başlayın


Səhər yeməyi olmadan olmaz

Sağlamlığınız üçün ən yaxşı resepti tapın. Bir çox insan vaxt bəhanəsi ilə səhər yeməyindən imtina edir. Bununla birlikdə səhər yeməyinin ən vacib yemək olduğunu unutmamaq faydalıdır. Çox sadə reseptlər ilə çox qısa müddətdə qidalandırıcı və ləzzətli yeməklər hazırlaya bilərsiniz. Həm də oyandıqdan sonra su içməyi unutmayın, bədəniniz üçün çox faydalı olacaq!

 

Günün ilk missiyası

Xüsusilə yüksək intizamlı qurumlarda ciddi şəkildə tətbiq olunan çox sadə bir rutin, bir qayda var; yuxudan oyandıqdan dərhal sonra yatağı düzəltmək. Yatağınızı düzəltməyə günün ilk işi kimi baxa bilərsiniz. Bir çox tədqiqat göstərir ki, bu şəkildə rutin hazırlamaq səmərəliliyi artırır. Günün ilk tapşırığını bir dəfə uğurla yerinə yetirmək digər işlərdə sizə çox kömək edəcəkdir!

 

Təxirə salmağın bir çarəsi var

Günə rahat başlamaq üçün ağla gələn ilk yol; soyuq duş! Bəzi tədqiqatlar göstərir ki, soyuq duş qəbul etmək iradə gücünü artırır. Bunu Wim Hof ​​metodu kimi tanınan tənəffüs məşqləri ilə birləşdirə bilərsiniz. Bu metodun həm də stresi azaltmağa və performansı artırmağa kömək etdiyi deyilir.

cagir.az -Mükəmməl bir səhər rutini ilə günə başlayın


Şəxsi köməkçi kimi qeyd dəftəri

Səhər saatlarında dəftərdə qeydlər aparın. Məsələn, bir yuxu gündəliyi tuta bilərsiniz. Bu dəftərdə gününüzü də planlaya bilərsiniz. Məhsuldar olmağın ən yaxşı yollarından biri başımızda dolaşan fikirləri və düşüncələri bir kağıza yazmaqdır. Özünüzə kiçik bir dəftər alın və hər gün səhər o günün gündəliyi hər nə olursa olsun qeyd edin. Bütün günü yanınızda daşımağı unutmayın ki, heç nəyi qaçırmayasınız! Dəftərə qeyd etmə rutini köhnəlibsə, sınaqdan keçirə biləcəyiniz onlarla məhsuldarlıq tətbiqi var, onlardan birini istifadə edə bilərsiniz.

 

Yuxudan oyanan kimi telefonu götürməməlisiniz

Telefonu o dəqiqə götürməyin. Yuxudan oyanan kimi telefonda vaxt keçirməyin məhsuldarlığı azaldacağı düşünülür, çünki e-mail, mesaj dedikdə, o gün prioritetlərimizi müəyyənləşdirmədən əvvəl ağlımızı doldururuq. Bunun qarşısını almaq üçün edə biləcəyiniz ən yaxşı şey, oyandıqdan sonra ən azı yarım saat sonra onlayn olmaqdır. Bu müddət ərzində kitab oxumaq zehninizi açmağa kömək edəcəkdir. Həm də olduqca çox faydalı bir fəaliyyət, bir daşla iki quş!


Делиться:

fb_iconlinkedin_icon

Похожие Записи

Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?

Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?

Полезная Информация

2024-07-23

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Полезная Информация

2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?

Yuxuda ilan görmək nə deməkdir?

Полезная Информация

2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Полезная Информация

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Полезная Информация

2023-04-24

Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!

Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!

Полезная Информация

2023-04-03

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Полезная Информация

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Полезная Информация

2022-12-21

Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!

Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!

Полезная Информация

2022-12-02

Cagir.az zəng et

Qiymət sizə SMS vasitəsilə ilə göndəriləcək