2020-10-31
Baxış: 4931
İştahınızı kəsəcək möcüzəvi qidalar
Yediyiniz zaman arıqladan qida hələ tapılmayıb, amma heç olmasa iştahı idarə edəcək qidalar məlumdur. Pəhrizdə olan zaman bir çox insanın düşündüyü əsas suallar iştahı necə kəsmək və maddələr mübadiləsini necə sürətləndirməkdir. Hər kəs daha sürətli çəki atmağa kömək olan qidalarını axtarır. Əslində, daha sürətli arıqlamağınıza səbəb olan bir qida yoxdur. Ancaq bəzi qidaların iştaha və maddələr mübadiləsinə təsiri olduğu doğrudur.
Yumurta: Nümunə zülal mənbəyi olan yumurtanın toxluq hissini artırdığını göstərən elmi məlumatlar var. Səhər yeməyində bir qaynadılmış yumurta yeyərək doyma müddətinizi uzada bilərsiniz.
Qırmızı acı bibər: Acı bibərin tərkibində olan kapsaisin adlı maddənin metabolik sürətin artıra biləcəyi elmi araşdırmalarla müəyyən edilmişdir. Yeməklərinizə və salatlarınıza əlavə edəcəyiniz bir az qırmızı bibər ilə bədəninizə canlılıq və rasionunuza ləziz bir dad əlavə edə bilərsiniz. Bundan əlavə, kapsais adlı maddənin iştahı azaltdığına dair elmi məlumatlar da var.
Yaşıl çay: Güclü antioksidant təsiri ilə bədənimizi zəhərli maddələrdən təmizləməklə yanaşı, yaşıl çay da tərkibindəki maddələrlə metabolizmanın sürətini artırır. Gündə 1-2 stəkan yaşıl çay içməklə maddələr mübadilənizi enerjili vəziyyətə gətirə bilər, eyni zamanda bədənimiz üçün dost olan antioksidantları da qəbul edə bilərsiniz.
Badam: Yağlı çərəzlərdən olan badam bir çox vitamin, mineral və pulpa ilə zəngindir. Tərkibində ürək sağlamlığını qoruyan omeqa-3 yağ turşuları da var. Son elmi araşdırmalar göstərdi ki, qidalanma proqramında kifayət qədər (həddindən artıq olmayan) badam olan qadınlar badam istifadə etməyən qadınlara nisbətən daha asan arıqlayır.
Sirkə: Salatalarınıza əlavə etdiyiniz sirkə, toxluluq müddətinizi artıra bilər. Elmi araşdırmalar sirkənin tərkibində olan asid turşusunun həzm sürətini yavaşlatdığını ortaya qoydu. Bu şəkildə qan şəkəriniz daha balanslı bir şəkildə yüksəlir və daha uzun müddət özünüzü tox hiss edirsiniz.
Darçın: Budur digər bir iştah kəsici olan darçının üzərində aparılan elmi araşdırmaların nəticəsində, darçının xüsusilə diabet xəstələrində qan şəkərini balanslaşdıran təsiri olduğu ortaya çıxıb. Diabet xəstəsisəniz əgər və pəhrizdəsinizsə həm daha uzun müddət toxluq hiss etmək, həm də qan şəkərinizi tarazlaşdırmaq üçün rasionunuza gündə ¼ - ½ çay qaşığı darçın əlavə edə bilərsiniz.
Salat: Böyük bir qab salat ilə yeməyə başlamağınız və ya yeməkdə çoxlu salat istifadə etməyiniz, yeməkdəki kalorini azalda bilər. Tərəvəz, yüksək pulpa sıxlığı ilə mədədə daha çox yer tutaraq daha tez doymağımıza kömək edirlər. Arıqlama dietalarında rast gəlinən qəbzlik probleminin həllində də vacib rol oynanıylar.
Zeytun yağı: Elmi araşdırmalar göstərir ki, gündəlik yağ tələbatının bir hissəsi doymamış yağ turşularından təmin edildikdə, yəni zeytun yağı istifadəsi kifayət qədər olduqda metabolizma sürətlənir və kilo vermək daha asan olur.
Ət, süd və ya yumurta ilə şorba: Şorbalar yemək zamanı az enerji istifadə etmətin fərqli bir yoldur. Suyun tərkibinə görə, mədədə yaratdığı təzyiq səbəbiylə daha qısa müddətdə doymuş olmağımızı təmin edərlər.
Pendir: Tərkibindəki zülallar iştahı yatırmağa kömək edir. Bundan əlavə, yüksək miqdarda kalsium tərkibinə görə arıqlamağa təsir göstərə bilər. Elmi araşdırmalar yetərsiz kalsiumunun arıqlamağı çətinləşdirdiyi faktını ortaya qoyub.
Hər zaman baxımlı olun!
Похожие Записи
Ofisi soyuq mövsümə hazırlamaq üçün Çek-list: Bakı üçün xüsusi tövsiyələr
Полезная Информация
2024-11-18
Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?
Полезная Информация
2024-07-23
Yuxuda telefon görmək nə deməkdir?
Полезная Информация
2024-03-26
Yuxuda ilan görmək nə deməkdir?
Полезная Информация
2024-02-08
Yuxuda xalça görmək nə deməkdir?
Полезная Информация
2023-06-13
İş axtaranlara şad xəbər!
Полезная Информация
2023-04-24
Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!
Полезная Информация
2023-04-03
Yuxuda pərdə görmək
Полезная Информация
2023-03-14
Kofe falı haqqında
Полезная Информация
2022-12-21
Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!
Полезная Информация
2022-12-02