Hamar dəri üçün 10 təbii üz maskaları

2021-07-08

Baxış: 44409

Hamar dəri üçün 10 təbii üz maskaları

Dərini təmizləmək və ölü dəridən qurtarmaq üçün mütəmadi olaraq üzə qulluq lazımdır.

Evdə qüsursuz və hamar bir dəri üçün hazırlaya biləcəyiniz üzə baxım maskalarını sizə təqdim edirik.

Hamar dəri üçün 10 təbii üz maskaları 528


1.   Zeytun yağı ilə gözəlləşin

Lazım olanlar:

·     1 xörək qaşığı təmiz zeytun yağı

·     1 xörək qaşığı şəkər tozu

Kiçik bir qabda zeytun yağı və şəkər tozunu qarışdırın. Dairəvi hərəkətlərlə təmizlənmiş dərinizə çəkin. İlıq su ilə yuyun.


2.   Tərəvəzlərin gücü ilə

Lazım olanlar:

·     2 orta ölçü xiyar

·     1 yumurta ağı

·     yarım limonun suyu

Xiyarları rəndələyin. Sonra yumurta ağı və limon suyu ilə qarışdırın. Üzünüzə yavaşca çəkin və isti su ilə yuyun.


3.   Süd və şəkər tozu ilə yumşaq dəri

Lazım olanlar:

·     1 xörək qaşığı süd

·     1 çay qaşığı toz şəkər

·     1 xörək qaşığı zeytun yağı

Yarım limonun suyu, zeytun yağı, süd və şəkər tozunu bir qabda qarışdırın. Yapışqan qarışığı üzünüzə və boyun nahiyənizə yavaşca çəkin. İlıq su ilə yuyun.

 Hamar dəri üçün 10 təbii üz maskaları 528


4.   Ananas ilə hamar bir dəriyə sahib olun

Lazım olanlar:

·     3 dilim ananas

·     1 xörək qaşığı bal

Ananası bal ilə qarışdırın. Dairəvi hərəkətlərlə təmiz dəriyə çəkin. Sonra ilıq su ilə yuyun.


Hamar dəri üçün 10 təbii üz maskaları 528


5.   Dəriniz qatıqla təravətlənsin

Lazım olanlar:

·     4 xörək qaşığı qatıq

·     4 xörək qaşığı bal

·     1 xörək qaşığı duz

Qatıq, bal və duzu qarışdırın və göz bölgəsi və ağız sahəsi xaricində üz bölgəsinə tətbiq edin. 5 dəqiqə gözləyin, sonra yuyun.


6.   Qəhvədən zövq aldıqdan sonra dəriyə qulluq vaxtı gəldi

 Lazım olanlar:

·     1 xörək qaşığı qəhvə

·     1 xörək qaşığı zeytun yağı

Qəhvə unu və zeytun yağını qarışdırın və təmiz dəriyə çəkin. İlıq su ilə yuyun.

Hamar dəri üçün 10 təbii üz maskaları 528


7.   Soda həm məsamələrinizə, həm də dəri ləkələrinizə xeyirli olacaq

Lazım olanlar:

·     1 xörək qaşığı soda

·     2 xörək qaşığı su

Soda və suyu kiçik bir qabda qarışdırın və dairəvi hərəkətlərlə üzünüzə tətbiq edin. Sonra ilıq su ilə yuyun.

 

8.   Yulaf və balı ancaq səhər yeməyində düşünməyin

Lazım olanlar:

·     1 xörək qaşığı alma sirkəsi

·     1 xörək qaşığı yulaf unu

·     1 xörək qaşığı bal

·     3 xörək qaşığı isti su

Alma sirkəsi, yulaf əzməsi, bal və isti suyu qarışdırın. Üzünüzə tətbiq etdikdən sonra ilıq su ilə yuyun. Həftədə bir dəfə tətbiq edin.


9.   Aloe Vera, dəri quruluşunuza zərər vermədən yeniləyir

·     Lazım olanlar:

·     1 xörək qaşığı aloe vera yağı

·     1 xörək qaşığı şəkər tozu

Bir qabda aloe vera yağı və şəkər tozunu qarışdırın. Təmiz dəriyə çəkin və yuyun.

Hamar dəri üçün 10 təbii üz maskaları 528 


10. Dərinizin dəniz duzu ilə nəfəs almasına icazə verin

Lazım olanlar:

·     1 xörək qaşığı zeytun yağı

·     1 xörək qaşığı dəniz duzu

Bütün maddələri qarışdırın və duş zamanı bədəninizə tətbiq edin. 5 dəqiqə gözləyin, sonra yuyun.


Hər zaman baxımlı olun!

Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir! Əlaqə nömrəsi: +994703482606.

Hamar dəri üçün 10 təbii üz maskaları 528


 

Делиться:

fb_iconlinkedin_icon