2020-10-31
Baxış: 69611
Dərialtı sızanaqlar niyə yaranır?
Şübhəsiz ki, sızanaqlar hər kəsdə görülən bir dəri problemidir. Sadə dilnən desək əgər, dərinin altındakı yağ vəzilərindəki dəyişikliklər nəticəsində yaranan dəri iltihabdır. Sızanaqdakı irinin dərinin üstünə çıxdığı sızanaq növü dəri üstü sızanaq növüdürsə, üstə çıxması baş verməyən tipinə dərialtı sızanaq növü deyilir. Dərialtı sızanaqlar insanlar arasında kor sızanaq kimi də tanınır. Dərialtı sızanaqlar dəri üstü sızanaqları ilə müqayisədə daha ağrılı bir prosesdən keçir. Dərialtı sızanaqlar niyə əmələ gəlir? Dərialtı sızanaq üçün dərman istifadə olunurmu? Danışıq dilində kor sızanaq olaraq da bilinən ucu olmayan bir sızanaq növü olan dərialtı sızanaqların meydana gəlməsində bir çox səbəblə qarşılaşmaq olar.
Onların arasında:
- Yetkinlik dövründə bədəndə hormon dəyişiklikləri
- Hamiləlik zamanı bədəndə hormon dəyişiklikləri
- Menstruasiya dövründə bədəndə hormon dəyişiklikləri və menstruasiya dövründə istifadə edilən ağrıkəsicilərin təsiri
- Pəhrizdə olan zaman çox üstünlük verilən heyvan və bitki yağları
- Zərərli qida hesab edilən və çox miqdarda trans yağdan ibarət olan məhsullar
- Məşqdən sonra uzun müddət tərli və nəmli olmaq, dərini uzun müddət nəmli və tərli saxlamaq
- Təraş etdikdən sonra ərazini kifayət qədər steril saxlamamaq
Yuxarıda göstərilən şərtlər altında dərialtı sızanaq əmələ gəlməsinə tez-tez rast gəlinir. Dərialtı sızanaqların partladılması (sıxılması) mütəxəssislər tərəfindən son dərəcə riskli və yalnış bir metod kimi qəbul edilir. Dərialtı sızanaqların dəri altındakı sinirlərə yaxın olması və nəticədə iltihablı olması səbəbindən, qana qarışma riski kimi amillər olduğundan dərialtı sızanaqların partladılması son dərəcə risklidir. Dərialtı sızanaqlar üçün bir neçə sadə üsul xaricində, əgər sızanaqlar keçmirsə bir mütəxəssisə müraciət etmək lazımdır. Aşağıda dərialtı sızanaqlar hansı üsullarla keçər? sualına cavab vardır.
Dərialtı sızanaqlar necə keçər?
Evdə tətbiq oluna bilən bir neçə sadə dərialtı sızanaq həllindən başqa müxtəlif üsulları sınamaq mütəxəssislər tərəfindən tövsiyə edilmir.
1. Mütəxəssislər tərəfindən tövsiyə olunan metodlardan biri dərialtı sızanaqları gündə ən azı 5 dəfə buzla kompres etməkdir. Ancaq bunu edərkən sızanaq ətrafında edilməli və xüsusən də sızanağın üzərinə basmamalısınız.
2. Bitki mənşəli çay ağacı yağı ilə dərialtı sızanaqlara qarşı təsirli bir həll yolu vardır. Çay ağacı yağı gündə ən az 3 dəfə tətbiq olunmalıdır. Bu yağın antiseptik və antioksidan xüsusiyyətləri olduğuna görə çox təsirlidir.
3. Təbii möcüzələrdən biri olan aloe vera, dərialtı sızanaqlarda da çox təsirlidir. Pambığın köməyi ilə sızanaq olan bölgəyə tətbiq olunan aloe vera, antiseptik xüsusiyyətlərə malik olduğundan dərialtı sızanaqlara qarşı təmizləyici funksiyasını təqdim edəcəkdir.
4. Alma sirkəsi də dərialtı sızanaqlara qarşı yayılmış ev üsulu müalicə növüdür. Alma sirkəsinin iltihab əleyhinə olan xüsusiyyətləri olduğundan dərialtı sızanaqlara qarşı da təsirli bir qoruması vardır. Mütəxəssislər xəbərdarlıq edir ki, alma sirkəsində olan ph dərəcəsinə görə bu proses gündə 2 dəfə və 10 dəqiqədən çox olmamalıdır.
Hər zaman baxımlı olun!
Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir!
Похожие Записи
Günəş ləkələrinə qarşı vasitələr
Услуги красоты
2023-03-29
Saç uzadan üsullar
Услуги красоты
2023-02-18
Cavanlaşdırıcı krem və maskalar
Услуги красоты
2023-02-01
Ağardıcı krem və maskalar
Услуги красоты
2023-01-05
Minoxidil nədir?
Услуги красоты
2022-11-06
Dırnaq rəngləri
Услуги красоты
2022-07-30
Dərini yay ayına hazırlamaq üçün çiyələk maskaları necə hazırlanır?
Услуги красоты
2022-05-15
Xiyarın tərkibində gizlənən gözəllik sirləri
Услуги красоты
2022-03-02
Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər.
Услуги красоты
2021-10-26
Hamar dəri üçün 10 təbii üz maskaları
Услуги красоты
2021-07-08