9-18 Aylıq Körpələr üçün Oyun Təklifləri

2021-07-16

Baxış: 10096

9-18 Aylıq Körpələr üçün Oyun Təklifləri

Oyunlar körpələrin, uşaqların, böyüklərin fiziki, zehni və emosional inkişafı üçün mükəmməl fürsətlərdir. Oyunlar, valideyn ilə körpə arasındakı əlaqəni gücləndirir və valideynə körpəsini kəşf imkanı verir. Körpələrlə oyun oynayarkən, inkişaf müddətinə görə oyun seçərkən, körpənizlə oynaya biləcəyiniz oyunları körpənin ayına uyğun planlaşdırmalısınız. Ay qruplarına görə körpələrlə oynana biləcək oyunları, 9-18 aylıq fəaliyyət təkliflərini və oyunların hansı sahələri əhatə etdiyini bölüşəcəyik. Xoş əyləncələr!


Qeyd: Oyunlarda istifadə olunan materialların övladınıza uyğun olmasını təmin edərək (allerjik ola biləcək materiallardan qaçınmaq və s.) Oyun zamanı təhlükəsizlik tədbirləri (kiçik hissələri udmamaq kimi) tətbiq edərək prosesi davam etdirməyinizi tövsiyə edirik.

cagir.az -9-18 Aylıq Körpələr üçün Oyun Təklifləri


Oyun 1 

Saman və ya hər hansı bir təbii materialın içərisinə uşağınızın oynamağa alışdığı oyuncaqları qoya bilərsiniz. Fərqli toxunuşları hiss etməsi duyğusal fərqliliyinə imkan yaradacaq, şüur, incə motor, araşdırma, kəşfetmə, səbəb-nəticə əlaqəsi qurma, qavrama, bacarıqlarına dəstək verəcəkdir.

 

Oyun 2

Geniş qabların içərisinə müxtəlif toxumalarda olan təbii materialları qoyaraq qoyaraq körpələrin duyğularını inkişaf etdirə bilərsiniz. Mərci, şəkər, un, su, lobya, qatıq kimi qidaların içərisinə oyuncaqları qoya bilərsiniz. Körpələr təbii materiallar ilə oynamağı sevirlər. Bu qidaları qaba tökərək çıxardığı səsləri təqlid edə bilərsiniz. Məsələn, qaba lobya tökərək “yağış səsinə’’ bənzədiyini deyə bilərsən. Sizinlə göz və dəri təmasında olacağı hər oyun, beynində yeni sinir əlaqələrinin yaranmasına dəstək olacaqdır.

 

Oyun 3

Deşikli bir səbətin içindən keçirəcəyiniz ipləri, lentləri çıxarmaq körpəniz üçün böyük bir xoşbəxtlik olacaqdır. Başqa bir oyun, asdığınız paltar sancaqlarını çıxarmaq ola bilər. Hər ikisi də incə motor bacarıqlarını dəstəkləyir. Hərəkətlərinin nəticəsini görmək, səbəb-nəticə əlaqəsi qurmaq, qavrayışın inkişafına səbəb olur. Ancaq ən böyük hədəfimiz əylənmək və əlaqə qurmaqdır.

 

Oyun 4

Körpələr valideynlərinin tez-tez təmasda olduqları obyektləri araşdırmağı sevirlər. Qazanlar, tavalar, qaşıqlar, çantalar, plastik butulkalar və çıxardıqları səslər qədər daha xoş nə ola bilər ki?


Oyun 5

Bağlana bilən bir paketin içərisinə su, parıltı və ponpon kimi materialları əlavə edərək körpəniz üçün evdə hazırlanan bir duyğu oyuncağı hazırlaya bilərsiniz. Kilidin üst hissəsini lentlə yapışdırmaq da faydalıdır. Hərəkət edən bir mayedəki rəngli hissələrə baxmaq və toxunmaq uşaqlar üçün bir ziyafətə bənzəyir.

 cagir.az -9-18 Aylıq Körpələr üçün Oyun Təklifləri


Oyun 6

Soyuqluğu buzla kəşf etdiyi kimi, daha sonra təklif edəcəyiniz isti su ilə istini hiss edə bilməsini təmin edə bilərsiniz. Körpənizin duyğuları aktivləşəcək, ziddiyyətləri görəcək və yaradıcılığını ən açıq materiallardan biri olan su ilə inkişaf etdirə biləcəklər.

 

Oyun 7

Yapışqan lentə yapışdıracağınız corabları yığmağın körpəniz üçün əla oyun olacağıı kimin ağlına gələ bilər? Görmə qavrayışını, əl-göz koordinasiyasını və incə motor bacarıqlarını dəstəkləyən çox təsirli bir oyundur. Daha böyük aylardakı körpələr yığdıqları corabları bir səbətin içərisinə doldura bilirlər.

 

Oyun 8

Müxtəlif toxumalı obyektlərdən uşağınıza hissiyatını inkişaf etdirə biləcək oyun hazırlaya bilərsiniz. Məxmər, lələk, saman, süngər, fırça kimi əşyaları qutuya qoya bilərsiniz. Kəşf etmək ən fərqli oyunlardandır. Xüsusilə fərqli hisslər hərəkətə keçirsə.

 

Oyun 9

Ce-e oyunu: Körpənin və ya valideynin üzü, üstü bir örtüklə və ya əllərlə örtülür. Qısa bir müddətdən sonra 'ce-e' deyərək gizli üz yenidən göstərilir. Bu oyun bağlanma, ayrılma və qarşılıqlı təsir üçün ən təsirli oyunlardan biridir. Dünyadakı bütün uşaqların ən çox oynadığı oyundur.

Делиться:

fb_iconlinkedin_icon