2021-11-09
Sifariş sayı: 9405
Psixoloq
Son zamanlarda psixoloqa müraciət edənlərin sayı həddən artıq çoxdur. Bu da məlum məsələdir ki, pandemiya şəraitində yeni çıxmış insan həm mental olaraq, həm fiziki olaraq özünü işə adaptasiya edə bilmir. Adətən psixoloq xidməti seçərkən insanlar diqqət yetirirlər ki, konsultasiya zamanı özünü yaxşı hiss etsinlər. Buna görə də ilk növbədə psixoloq bir mütəxəssis kimi deyil, insan kimi qiymətləndirilməlidir.
Cagir.az psixoloq xidməti zamanı siz illərin təcrübəsinə malik, işinə sevgi ilə yanaşan psixoloqlar ilə kontaktda olacaqsınız.
Çox insan buna əmindir ki, psixoloq yaxşı insandırsa, deməli, yaxşı da mütəxəssisdir. Amma əksinə də ola bilər. Ona görə ki, pasiyentlər çox vaxt konsultasiyanın gedişatını subyektiv qiymətləndirirlər. Bir çox pasiyent iddia edir ki, bəzi psixoloqlar konsultasiya zamanı çox susduqları, bəzilərini isə çox danışdıqları, çox sual verdiklərini deyirlər. Bəzən isə xəstə müalicə olunmaq üçün mütəxəssis köməyinə ehtiyac duysa da, öz hərəkətlərini, davaranışını və fikirlərini dəyişmək, onları obyektiv qiymətləndirmək istəmir. Nəticədə isə psixoloq xidməti almaqdan imtina edir. Nəzərinizə çatdıraq ki, həyatınızın hər hansı dönəmində psixoloq xidməti almaq utanılacaq və ya çəkiniləcək bir şey deyil.
Çox insan üçün çətin bir həyat vəziyyətindən çıxış yolunun axtarışı, bu çətin həyat vəziyyətilə mübarizə aparmaq çox çətin görünür, ona görə də psixoloq xidməti getmək istəmir. Bir müddət sonra o özündəki problemləri dərinləşdirir və get-gedə vəziyyət ağırlaşır. Həyata qarşı narazıçılıq, daxili konfliktlər, uğursuzluq hissi insanı gün keçdikcə həyatdan uzaqlaşdırır. Bizim psixoloq xidmətimizdə bu problemlər üçün seans əldə edə bilərsiniz, hansı ki bu psixoloq xidməti sizə bütün çətinliklərin üstəsindən gəlməyə kömək edəcək. Hər insan zaman-zaman boşluğa düşür və həyatdan zövq ala bilmir. Və ona psixoloq məsləhət görüldükdə rədd edir. Bunu normal qəbul etmir. Bu cür fikirləşən insanlar üçün Cagir.az psixoloq xidmətinin psixoloqlarını məsləhət görürük. Məhz həmin insanlar üçün bizim mehriban və qayğəkeş psixoloqlarımız problemləri həll etməkdə yardımçı olacaqlar.
Psixoloq xidmətimiz tərəfindən
- Karyeranın qurulmasına dair çətinliklər
- İşin itirilməsi
- Ailə hekimi psixoloq
- Həyat yoldaşları arasında qarşılıqlı anlaşmanın olmaması
- Ailə həyatının idarə edilməsi
- Münasibətdə krizislər
- Boşanmadan əvvəl vəziyyətlər
- Valideyn uşaq münasibətləri - psixoloq
- Tərbiyə problemləri
- Yetkin uşaqlarla münasibətdə konfliktlər
- Münasibətlərin qurulması – psixoloq
- Ünsiyyət problemləri
- Qarşı cins ilə münasibət problemləri
- Təklik hissi
- Partnyor tapmaqda problemlər
- Həddindən artıq utancaqlıq
Depressiya və onun müalicəsi
Depressiya kimi psixoloji pozuntunun əsas əlamətləri xoş olmayan duyğu hissi, maraq və zövq azlığı, ümidsizlik və pessimistlikdir. Depressiya əlamətləri olan belə insanlar dərin bir kədər yaşayırlar. Depressiya zamanı insan gələcəyi və yaşadıqları ilə bağlı həmişə ümidsiz düşünür. Psixoloq müəyyən edir ki, pasiyentdə depressiv hallarla yanaşı, müəyyən vəzifə və öhdəliklərə qarşı da məsuliyyət hissinin azaldığı görülür. İş, şəxsi zövqlər, ikili münasibətlər, artıq he nədən zövq almırlar. Bunlarla belə ürəkbulanma da görülə bilər. Ümidsizlik və çarəsizlik hissləri o qədər dərin ola bilir ki, düşdükləri bu vəziyyətdən heç bir şəkildə qurtula bilməyəcəklərini belə düşünə bilərlər. Depressiv xəstələr adi günlük aktivitələri belə etməkdə çətinlik çəkərlər. İş, ailə, pul və sağlamlıqları ilə bağlı beyinləri məşğul olar. Enerji səviyyələri azalar. Bəzi şəxslərdə isə əlamətlərin qabarıq forması somatik əlamətlər şəklində olur. Hər bir halda psixoloq müraciəti vacibdir. Bir insan mental olaraq sağlamlığını hər zaman qorumalıdır.
Psixoloqlar söyləyirlər ki, depressiv halların çoxundan bu kimi şikayətlərlə yanaşı olaraq iştahsızlıq və çəki itkisi də görülə bilər.Əlavə olaraq dalğınlıq və unutqanlığı da buraya aid edə bilərik. Bəzi ağır depressiya hallarında isə düşüncədəki fikirlər ilə realda baş verəni xəstə bir-birilə qarışdıra da bilər.
Psixoloq xidmətimizdə pasiyent çətinlik çəkdiyi, bəzi məsələlərlə bacarmadığı üçün psixoloqa müraciət edir. O, psixoloqa bütün ümidlərini bağlayır və ona yalnız psixoloqun kömək edəcəyini düşünür. Bu ümidi doğrultmaq isə bizim işimizdir. Biz hər zaman çalışırıq ki, bu problemi həll edək. Və psixoloq xidməti ilə bunu həll də edirik. Pasi Onlar arasında güclü bağlılıq yaranır. Bu səbəbdən də psixoloq seçərkən ehtiyatlı olmaq lazımdır. Psixoloq öz təsirindən sui istifadə edəndə isə pis psixoloqa çevrilir. Ona görə ki, psixoloq müalicə etdiyi pasiyentin üzərində hökmranlıq etmək qabiliyyətinə malikdir. O hətta pasiyentin yaxınlarından daha çox ona təsir edə bilir. Bu isə onunla izah olunur ki, pasiyent psixoloqda öz xilasını görür və mübarizəsiz onun yönləndirdiyi istiqamətə doğru yönəlir. Düzdür, bunu bütün pasiyentlərə şamil etmək olmur.
Psixoloqun peşəkarlığını şübhə altına alan digər amil onun savadının olmamasıdır. Psixologiya çox dərin bir elmdir və bu haqda bilikləri olmayan şəxs psixoloji problemləri olan insanların problemlərini təhlil edib onlara kömək edə bilməz.
Psixoloqun təcrübəsizliyi də müalicənin effektini azaldır. Psixoloqun əsas vəzifələrindən biri də pasiyentinin dediklərini başqa şəxslərə danışmamaqdır. Bununla yanaşı, psixoloqun pasiyentlə dostluq və ya sevgi münasibətləri yaratmağa da ixtiyarı yoxdur. Bu qaydalardan heç olmasa birinin pozulması psixoloq peşəkarlığını sual altına atır. Bu kimi heç bir halları bizim psixoloq xidmətimizdə görmək mümkün deyil. Ruh sağlamlığınızı, utancaqlıq və ya sosial fobia kimi yaranan bir çox halların müalicəsi, aradan qaldırılması üçün təcrübəli həkimlərimiz və psixoloq xidmətimiz var.
Partnyor tapmaqda problemlər
Həyatda hər bir insanın xoşbəxt olmağa haqqı var. Kimi həyatını biri ilə bölüşdüyü halda, kimisi də həyatını paylaşmaq üçün partnyoru olmur. Bəs görəsən bunun səbəbi nədir? İnsanlar nə üçün partnyor tapmaqda problme yaşayırlar? Cagir.az-ın psixoloqlarına bu sualı ünvanladıq və onlar söyləyirlər ki, bu problemi həll etmək üçün insan özü ilk növbədə bunun fərqində olsun. Bəzən ətrafdakı insanlarla ünsiyyətdə problem yaşayan şəxslər, şəxsi həyatlarında da bunu biruzə verirlər. Seçici olmaq, xarakter tünd olması, inadçı insan obrazlarının partnyor tapmaqda problemə bir təsiri yoxdur. Bir insan qarşındakının ona uyğun olması və ürəyinə yatdığını düşünürsə hər bir çətinliyin üstəsindən gələ bilir. İnsanın özünü tam dərk etməməsi, mənfi və müsbət cəhətlərini bilməməsi nəticəsində ortaya yalnış qərarlar çıxır. Bir müddət sonra isə bir zamanlar havalara uçuran bu hiss daha sonra partnyorla arada problem yaranmasına səbəb olur. Psixoloq xidmətində bu problemin həllinə qədər mümkün ola biləcək bütün halları cagir.az aradan qaldırmağa hazırdır!
Unutmayın, sizin hər şeydən öncə ruh sağlığınızdır. Onun qeydinə qalmadan həyatdan zövq ala bilməzsiz!
Cagir.az şirkəti olaraq hər kəsə sağlam və həyat eşqi ilə dolu günlər arzulayırıq!
Cagir.az – Peşəkar xidmət, sərfəli qiymət!