2021-10-07
Sifariş sayı: 7073
Услуги макияжа
Günün hər saatı plan qurulduğu əsnada qüsursuz makyaj etmək çətin və vaxt aparan prosesdir. Zamanın sizin üçün dəyərli olduğunu bilirik. Buna görə də ən uyğun büdcə ilə evinizi tərk etmədən sizin üçün makyaj xidməti hazırladıq. Cagir.az-ın makiyaj ustaları olduğunuz ünvana gələrək istər öz professional makyaj vasitələri ilə istərsə də sizin öz vasitələrinizlə makyaj xidməti həyata keçirirlər. Gün içərisində daha mükəmməl görünüşə sahib olmaq üçün artıq uzun-uzun makyaj ustası axtarışı etməyə ehtiyac yoxdur.
Makyaj artıq hər gün edilən sıradan bir proses halına gəlmiş ola bilər. Ancaq professional bir makyaj ustası toxunuşu ilə bunu daha xüsusi etmək mümkündür. O toxunuş ki, gün boyu üzünüzdə təsirini itirmədən qalacaq və hərtərəfli üzə uyğunlaşa biləcək, sizi qüsursuz göstərəcək bir toxunuşdur. Evdə edilən makyaj xidməti ilə ən özəl anlarınıza istədiyiniz yerdə hazırlaşa bilə, gözəllik salonu növbələrindən qurtula bilərsiniz.
Son zamanlarda ən çox yayılan evdə makyaj xidməti, ən konforlu xidmətlərdən biri hesab olunur. Bu həm də gigiyenik cəhətdən daha uyğundur. Paytaxtın istənilən ərazisində nəqliyyat gözləmək və bəzən tıxaclarda qalmaq kimi bir problemdən canınızı qurtarır.
Makiyaj xidmətini evdə, ofisdə, oteldə və ya təşkilatın keçiriləcəyi hər hansı bir yerdə də götürə bilərsiniz. Bu sizi ev-gözəllik salonu arasındakı stresli bir səyahətdən xilas edəcək. Xüsusilə isti yay günlərində və həm də soyuq qış günlərində yolda keçirdiyiniz vaxtı oteldə və ya evdə keçirə bilərsiniz. Üstəlik, makyaj xidməti sayəsində bir yerdən digər yerə qaçarkən axan makiyajınızı təzələməklə məşğul olmaq lazım olmayacaq.
Makiyaj xidməti tərkibində bütün istəklərinizi qarşılamaq üçün tapa biləcəyiniz müxtəlif paketlər var. Gündəlik makiyajınızı peşəkar əllərə çatdırmaq istədiyiniz zaman və toy, nişan və məzuniyyət kimi xüsusi günlərdən ən mükəmməl şəkildə zövq almaq istədiyiniz anda bu xidmətdən faydalana bilərsiniz. Önəmli olan nəyə və hansı makyaj xidmətinə ehtiyacınızın olmasıdır. Biz cagir.az olaraq arzularınızı dərinizə çatdırmağa və sizə əla xidmət göstərməyə hazırıq!
Makyaj xidməti üçün nəzərdə tutulmuş alt xidmətlər bunlardır:
- Ziyafət makyajı
- Toy makyajı
- Nişan makyajı
- Xına makyajı
- Sadə makyaj
Ziyafət makyajı
Bütün qadınlar ziyafət günlərində mükəmməl görünmək istəyirlər.Bunun üçün ziyafət makyajı ən diqqət çəkən nüanslardan biri olur.O gün gəlmədən dərini hazırlamaq, nəmləndirmək və üz xüsusiyyətlərinə uyğun makiyaj modellərinə müraciət etmək son dərəcə vacibdir. Üz xüsusiyyətlərinizi tanıyanda və doğru məhsulları seçdiyinizdə, xüsusi hallar üçün öz ziyafət makiyajınızı edə bilərsiniz. Beləliklə, bunun üçün hansı makiyaj materiallarından istifadə edilməlidir? Ziyafət makyajı üçün nələrə diqqət olunmalıdır? Əgər bu sualların cavabı sizi maraqlandırırsa və həm də vaxtla mübarizə aparırsınızsa cagir.az-ın makyaj xidmətinə müraciət etməyin zamanıdır!
Toy makyajı
Toy makyajı üçün gəlinin gəlinliyinə, üz quruluğuna, gözləntilərə, yerinə və mövsümünə uyğun olaraq hazırlanan və toy boyu formasını qoruyan makyajdır. Toy makyajı ustalarımız harada olursunuz olun, sizi ən mükəmməl və rahat şəkildə hazırlayacaqlar.
Nişan makyajı
Nisan makyajı hər zaman digər makyajlardan fərqlənir. Nişan üçün makyaja qərar vermədən əvvəl bir sıra nünaslara diqqət etməlisiniz. Dəri tipiniz, dəri rənginiz, göz rənginiz və göz forması, gəlinlik modeli, toyunuzu edəcəyiniz mövsüm kimi meyarları qiymətləndirib nişan makyajına qərar verə bilərsiniz. Ancaq nişan yaxınlaşdıqca hər şeyə vaxt çatdırmaq çətinləşir. Ona görə də bütün bu nüanslara diqqət etmək də əlavə vaxt israfı deməkdir.Elə isə siz bu işi peşəkarlara həvalə edin! Nişan gününüzdə arzu etdiyiniz obraza sahib ola bilmək üçün siz həm də ustalarımızın da məsləhətlərinə qulaq asmalısınız. Nisan makyajı bizim peşəkar ustalarımız tərəfindən ideal şəkildə edilir.
Xına makyajı
Əlbəttə ki, hər bir xüsusi günün xüsusi makiyajı olmalıdır. Xına gecəniz üçün ən uyğun xına makiyaj tətbiqini seçmək üçün yalnız üzünüzə deyil, saçlarınıza, xına paltarınıza və ya uyğun tonları seçməyiniz daha yaxşı olar. Əlavə olaraq, xına gecənizi keçirdiyiniz mövsüm və məkan işıqlandırması bu baxımdan əhəmiyyətli dəyişənlərdən biridir. Bütün bunları nəzərə almaq və sonda mükəmməl xına makyajı ortaya çıxarmaq diqqət tələb edən işdir. Özəl günün xüsusi olması həm də sizin o günə hazırlıqlı olmanızdan asılıdır. Heç bir xanım sevmədiyi bir görünüşdə olmaq istəməz. Bu əsas da makyaj olduqda daha çox diqqət olunur. Buna görə biz sizə evinizi tərk etmədən xına makyaj xidməti təklif edirik. Yüksək peşəkarlıqla, vaxt israfı olmadan arzuladığınız xına makyajına sahib ola bilərsiniz
Sadə makyaj
Makyaja yeni başlayanlar və evdə sadə, zərif görünüşə sahib olmaq istəyənlər üçün evdə sadə makyaj xidmətimiz mövcuddur. Hər zaman sadə və təbii makyaj daha xoş və incə göstərir. Bu incəliyi və təbiliyi üstün tutaraq sadə makyaj ustalarımız hər bir istəyinizi diqqətdə saxlayacaq. Hər bir qadın arzulayır ki, makyaj onu təbii və bir neçə yaş cavan göstərsin. Bəzən isə bu istəyinə çatmamaq və makyaj üçün sərf olunan zaman onun xoş görüntüsünü kğlgədə qoyur. Bütün bu halları yaşamamaq eləcə də tıxacın makyajınızın məhv olmasına səbəb olmamaq üçün biz, cagir. az komandasə olaraq hər zaman hazırıq. Hər zaman istər sadə makyaj xidmətində istərsə də digər makyaj xidmətlərində müştərilərimizin istək və iradlarını nəzərə alaraq daim inkişafa meyilli yenilənirik.
Bütün makyaj xidmətlərini evinizi tərk etmədən rahat şərait və uyğun büdcə ilə sahib olmaq artıq çox sadədir! Cagir.az-ın makyaj xidməti sizin üçün ən ideal gözəllik salonu seçiminiz olacaq.
Cagir.az – Peşəkar xidmət, sərfəli qiymət!