Otaq dizaynı zamanı seçilən üslubdan asılı olaraq pərdələr məkanı vizual olaraq geniş və ya əksinə daha kompakt göstərə bilər. Pərdə dizaynı əsl sənətdir, hər detal mühüm rol oynayır. Pərdələr otaqdakı işığa yalnız düzgün bir toxunuş əlavə edir, onlara necə qulluq edəcəyinizi bilmək sirr olaraq qala bilər. Pərdələri hansı aralıqla təmizləməlisiniz? Pərdələrin yuyulması zamanı paltaryuyan maşından istifadə edə bilərsinizmi?


Pərdələrin təmizlənməsi üçün lazım olanlar;

Tozsoran

Yuyucu toz

Paltaryuyan maşın/əldə yuma ləvazimatları

Paltar qurutma maşını/digər qurutma üsulu üçün ləvazimat

Quru təmizləmə üçün isə quru təmizləyicilər.


Pərdə təmizləmə işi çətin və vaxt aparan iş olduğuna görə, Cagir.az-ın peşəkar pərdə yuma üzrə icraçıları bu işi sizə əziyyət vermədən yerinə yetirəcəklər. Pərdənin materialı və rəngindən uyğun olaraq, müvafiq təmizlik vasitələri istifadə olunur. Pərdələriniz elə evinizdə, ofisinizdə təmizlənəcək. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.


Həftəlik Pərdə Baxımı

Həftəlik baxım üçün daha ağır pərdələri tozsoran ilə təmizləmək üçün tozsoranınızdakı döşəmə fırçasının əlavəsindən istifadə edin. Pərdələri həftəlik təmizlədiyiniz zaman, ləkələrə və daha çox diqqət tələb edən sahələrə qarşı diqqətli olun. Pərdələrin üst hissələri toz yığılmasına xüsusilə həssasdır. Tozsorandan əlavə uzun sapı olan toz təmizləmə alətindən də istifadə edə bilərsiniz.


Sirkə

Tək başına güclü bir antiseptik olan sirkə, tül və pərdələr yuyulduqda, çay stəkanının yarısı ilə paltaryuyan maşınının yuyucu bölməsinə əlavə olunur və həmişə yuyulan yuma proqramında yuyulur. Bu üsul tül və pərdələri daha ağ və daha yumşalq olmasına kömək edəcəkdir.

 

İsti su ilə yumayın

Karbonat (soda) maşının yuyucu bölməsinə 2 xörək qaşığı soda tökün və normal yuyulma rejimində işlədin.

 

Qabyuyan maşın yuyucu vasitəsi

Unutmayın ki, pərdələrini qabyuyan maşın yuyucu vasitəsi ilə ağardan insanlar çoxdur!


Çox çirkli tül pərdələr necə təmizlənir?

Əgər vaxtınız varsa, tülünüzü bir gün öncədən qaya duzu olan suya qoyun, bir gecə duzlu suda qalsın və ertəsi gün həmişəki kimi yuyun.

 

Günəş pərdələri necə təmizlənir?

Parça pərdələr və günəşliklər paltaryuyan maşında yuyulmaq üçün uyğundur. Parça növünə uyğun proqramda tərtəmiz olan pərdələr mövsümi dəyişikliklər zamanı təmizlənməli və yerinə asılmalıdır. * 30 dərəcədə yuyulan günəşliklər yuyularaq pəncərələr təmizləndikdən sonra qurudulmaq üçün yerinə asıla bilər.

 

Quru təmizləmə

Bəzi pərdələrin üzərində yalnız quru təmizləmə etiketi ola bilər. Quru təmizləmədən başqa bir təmizləmə etmək sizin üçün risklidir. Bəzi parçalara düzgün quru təmizləmə etətbiq olunmadığı təqdirdə parça solğunlaşa bilər, bəziləri isə büzüşə bilər və ya parça səthində süzülmə baş verə bilər. Quru təmizləmə və ya əl ilə yumağa qərar vermisinizsə, çox yüngül bir yuyucu vasitəsi ilə yumşaq bir şəkildə yumağa çalışın. Rənglərin solmamağı üçün pərdələrlə birlikdə başqa bir şey yumayın. Qurumalarına icazə verin və zəruri hallarda yüngül bir ütüləmə tətbiq edin. Pərdələri ütüləyən zaman pərdə və ütü arasında nazik ağ dəsmal və ya köynəkdən istifadə edəbilərsiniz. Necə yuyulmalı olduğuna şübhə etdiyiniz zaman pərdə etiketindəki təlimatları oxuyun.

Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme, ofis temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.