Məhdud hərəkət, iqlim səbəbləri, dərman istifadəsi kimi bəzi amillər bədənimizdəki mayenin artmasına və müxtəlif bölgələrdə şişməyə səbəb olur. Şişkinlik tez-tez ayaqlarda və qollarda ortaya çıxsa da, nadir hallarda üzümüzdə və göz ətrafında baş verə bilər. Ümumiyyətlə digər xəstəliklərin də xəbərçisi olan şişkinlik mütləq müalicə olunmalıdır.

 

Bədəndə şişkinlikdən xilas olmaq üçün bir çox təbii həll yolu var. Əgər üzünüzdə tez-tez ödem yaranırsa həkimə müraciət etməlisiniz. Çünki ürək, damar və qaraciyər xəstəlikləri, hormonal xəstəliklər və bəzi allergiyalar şişkinliyin yaranmasına səbəb olan əhəmiyyətli problemlər kimi görünə bilər. Bəs şişkinliyə qarşı hansı tədbirləri ala biləcəyinizi bilirsinizmi?

 

Yeməklərinizə duzu az əlavə edin

Gün ərzində tez-tez duzlu qidalar istifadə edirsinizsə, natriumun su tutumunu artırdığına görə də üzünüzdə şişkinlik ola bilər. Yeməklərinizi daha az duzla bişirmək, üzünüzdəki bu narahat şişkinliyin qarşısını ala bilər. Əgər duzlu yeməklər yeməyi çox sevirsinizsə, yeməyinizə əlavə etdiyiniz ədviyyatlarla yeməklərinizdəki ləzzət çatışmazlığını aradan qaldıra bilərsiniz.

 

Su qəbulunuza diqqət edin

Hər gün kifayət qədər su qəbul etmək üzünüzdə və ya bədəninizin hər yerində meydana gələn şişkinlikdən qurtulmağa kömək edir... Su zərərli maddələrin bədəninizdən təmizlənməsini sürətləndirir. Yetkin bir insanın digər xəstəliklərin qarşısını almaq üçün hər gün ən azı 8 stəkan su qəbul etməsi də çox vacibdir.

 

Şişkinliyi aradan qaldırmaq üçün kömək olan qidalardan istifadə edin

Bəzi qidalar bədəndən ödəmin xaric olmasını sürətləndirmək xüsusiyyətinə malikdir. Rozmarin, gicitkən, dəfnə yarpaqları və albalı sapından başqa ananas, albalı, ərik və yaşıl yarpaqlı tərəvəzləri daha tez-tez qəbul edərək, üzünüzdəki ödəmi bədəninizdən tez bir zamanda xaric edə bilərsiniz.

 

Hər gün yaşıl çay için

Hər gün bol limonlu bir stəkan yaşıl çay içsəniz əgər, qısa müddətdə üzünüzdəki ödəmi azalda bilərsiniz.

 

Maqneziumdan dəstək alın

Maqnezium, bədənə sağlamlıq və idman performansı üçün kömək edə biləcək şeylərdən biridir. Qadınlar üzərində aparılan bəzi araşdırmalar, maqneziumun şişkinliyi aradan qaldırıcı xüsusiyyətinə sahib olduğunu açıqladı. Bu səbəblə lazımi miqdarda maqnezium əlavələri istifadə edərək üzünüzdəki şişkinliyi aradan qaldıra bilərsiniz.

 

Yuxu müddətinizi artırın

Yuxu böyrəklərdəki natrium və su balansını qorumağa kömək edir. Bu səbəblə, üzünüzdəki şişkinliyi aradan qaldırmaq üçün yuxu vaxtınızı artıra bilərsiniz.

 

İdmanla məşğul olun

Daimi idman və məşqlər maye balansını tənzimləyir və saxlayır. Sağlam bir həyat üçün zəruri olan bu məşqlər həm bədənimizi, həm də ruhumuzu sağaldır. Son zamanlarda çox məşhur olan üz yoqasını üzünüzdəki şişkinlik üçün də sınaya bilərsiniz. Üz yogası sayəsində üzünüzdəki qan dövranı sürətlənir və şişkinlik tədricən azalır və rahatlaşırsınız.