Soyuducunun təmizliyi

2021-06-03

Baxış: 5769

Soyuducunun təmizliyi

Soyuducunun gündəlik istifadəsində rast gəlinən küflü qidalar, çürümüş meyvə və tərəvəz qalıqları, yeməklərdən qalan qoxular kimi ümumi problemləri, onları təmizləyərək geridə qoya bilərsiniz.

Soyuducunun təmizliyi 487


Budur, 5 addımda soyuducu təmizliyi!

Mətbəxi təmizləyərkən gözardı olunan şeylərdən biri də ağ əşyaların təmizlənməsidir. Soyuducunun necə təmizlənəcəyi bilinmədiyi üçün bu məhsulun təmizlənməsindən ümumiyyətlə qaçınılır. Ancaq gözünüzdə böyüddüyünüz bu işi, aşağıdakı addımları izləyərək asanlıqla edə bilərsiniz.


İlk addım: Əvvəlcədən təmizlənmə və nəzarət mərhələsi

Soyuducunun içini və çölünü təmizlədiyiniz üçün əvvəlcə cihazı elektrik şəbəkəsindən çıxarmalısınız. Sonra soyuducuda olan yeməkləri boşaltmağa başlaya bilərsiniz. Bu zaman xarab olmuş qidaları, iylənmiş tərəvəzləri və vaxtı keçmiş köhnəlmiş məhsulları atmalısınız. Bütün rəf və bölmələrdəki məhsulları boşaltdıqdan sonra çıxarıla bilən rəfləri çıxarıb kənara qoymalısınız.

Soyuducunun təmizliyi 487


İkinci addım: Çıxarıla bilən hissələrin təmizlənməsi

Soyuducudan ayrıla bilən rəfləri və bölmələri çıxardıqdan sonra qabyuyan maşınında yumadan, əlinizdə su və qabyuyan yuyucu vasitənin köməyi ilə yaxşıca yuyulmalısınız. Parçaların zədələnməməsi üçün qabyuyan maşın istifadə etməməlisiniz. Yuduğunuz hissələri qab sabunu və süngərin köməyi ilə köpükləndirə, su ilə yuyub qurumağa qoya bilərsiniz.


Üçüncü addım: Soyuducunun iç hissəsinin təmizlənməsi

Çıxarılan hissələri yuyucu vasitə və suyun köməyi ilə yuduqdan sonra soyuducunun daxili hissələrini təmizləməyə davam edə bilərsiniz. Soyuducunun içərisinin təmizliyi portativ hissələrinin təmizliyindən daha çətin görünsə də, soyuducu təmizləyici sprey sayəsində asanlıqla və praktik olaraq təmizlənə bilər. Bunun üçün xüsusi spreyiniz yoxdursa, sirkə və soda ilə ləkələrdən və qalıqlardan qurtula bilərsiniz. Sirkə və soda istifadə edərək təmizliyinizə davam etmək istəyirsinizsə; Yarım litr su, 2 xörək qaşığı soda və 4 xörək qaşığı sirkə formulundan istifadə edə bilərsiniz. Bu qarışığı bir süngər köməyi ilə səthlərə tətbiq etdikdən sonra durulamağınıza ehtiyac qalmır.

Soyuducunun təmizliyi 487


Dördüncü addım: Soyuducunun xarici hissəsinin təmizlənməsi

Çıxarılan hissələri və daxili hissələri təmizlədikdən sonra soyuducunun xarici hissələrinin təmizlənməsinə davam edə bilərsiniz. Bu mərhələdə tətbiq edəcəyiniz xüsusi bir üsul olmasa da, xarici səthləri yuyucu vasitə və süngərin köməkliyi ilə silmək olar. Yuyucu vasitə ilə sildikdən sonra nəm və yumşaq bir bez ilə durulamalı, sonra isə quru bez ilə qurutmalısınız.

 

Beşinci addım: Son toxunuşlar

Soyuducunun xarici hissəsini tamamilə sildikdən sonra içərisinə qayıtmalı və bütün rəfləri və plastik hissələri nəm və yumşaq bir bez ilə silməlisiniz. Bütün daxili hissə qurudulduqdan sonra çıxardığınız hissələri yenidən soyuducuya yerləşdirə bilərsiniz. Meyvələrinizi, tərəvəzlərinizi, yumurtalarınızı, yəni bütün yeməklərinizi təmizlədiyiniz rəflərə rahatlıqla qoya bilərsiniz.

Soyuducunun təmizliyi 487 

Təmizlikdən əvvəl və ya sonra soyuducuda sizi narahat edən bir qoxu varsa, təzə üyüdülmüş qəhvədən istifadə edərək o qoxunu aradan qaldıra bilərsiniz. Bunun üçün təzə üyüdülmüş qəhvəni bir qaba qoyub soyuducudakı hər hansı bir bölməyə qoya bilərsiniz. Bunun sayəsində gözəl bir qoxu əldə edə və soyuducudakı pis qoxuları aradan qaldıra bilərsiniz.


Vaxtınıza qənaət etmək istəyirsinizsə, evinizin təmizlik işlərini cagir.az-ın peşəkarlarına əminliklə həvalə edə bilərsiniz. Avadanlıq və yuyucu vasitələr icraçı tərəfindən təmin olnur. Sadəcə bir neçə kliklə təmizlik xidməti üzrə icraçı qapınızda. Sifariş üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.

Soyuducunuzda nasazlıq varsa əgər, soyuducu təmiri xidmətimizdən də yararlana bilərsiniz. Sifariş üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.

Paylaş:

fb_iconlinkedin_icon