Soyuducu qoxusuna qarşı 7 asan həll
20.05.2020

Soyuducu qoxusuna qarşı 7 asan həll


46
author: Çağır Gəlsin

İstər ac olun, istər sadəcə mətbəxə girmiş olun o soyuducunun qapısı mütləq açılacaqdır. Səhər vaxtı və ya gecə yatmazdan əvvəl “nə yesəm?” deyə fikirləşdiyiniz hər an özünüzü soyuducunun qarşısında tapırsınız. Bəlkə hazırlanmış bir şirniyyat taparam ümidi ilə, bəlkə axşamdan qalan yeməyi qızdıraram düşüncəsi ilə. Mətbəxin ən hərəkətli və ən sevilən ünsürü olan soyuducuda əmələ gələn qoxular haqqında danışacağıq.

Qoxunu yox etməzdən öncə, soyuducuda qoxunun yaranma səbəbini bilmək lazımdır. Bəzən hazır qidalar, bəzən qida artıqları xoşagəlməz qoxuya səbəb ola bilər. Ümmiyyətlə, meyvə-tərəvəz bölümündən gələn xoşagəlməz qoxular çürümüş və ya çürüməyə yaxın meyvə və tərəvəz səbəbindən gəlir. Kəskin qoxulu qidaların ağzı açıq vəziyyətdə soyuducuda saxlanması da xoşagəlməz qoxuların gəlməsinə səbəb ola bilər.

Evinizdəki vasitələrlə soyuducunuzdan daha xoş qoxu gələcəkdir. Necə?

 

1.Qabartma tozu

Qabartma tozunu həmişə xəmir işlərində istifadə edirdiniz, deyil mi? İndi isə bu məlumatdan sonra sizə bir yaxşılıq edəcək və soyuducunuzda olan qoxunu yox edəcək. Dayaz və geniş bir qaba qabartma tozunu tökün, bir neçə gün soyuducuda saxlayın. Soyuducudan gələn qoxu yox olana qədər bu üsuldan istifadə edin. Soyuducunuzda olan qoxunun yox olduğunu görəcəksiniz.

 

 

2. Kofe

Bir kofe içib özümə gəlim dediyiniz zaman, kofedən 1-2 qaşıq da soyuducunuzdakı xoşagəlməz qoxunu yox etmək üçün istifadə edə bilərsiniz. Hər bölməyə balaca bir qabın içərisində kofe qoysanız soyuducuda olan qoxunun yox olmasına daha çox kömək edəcəkdir.

 

3. Qəzet

Əgər qəzet oxumağı sevirsinizsə bu üsul sizin üçün çox yararlı olacaq. Qəzeti oxuduqdan sonra onu ev işlərində müxtəlif sahələrdə istifadə etmək deyəsən təkcə bizlərə aid xüsusiyyətdir. Tarixi keçmiş qəzetləri əzib soyuducunun qoxusunu yox etmək üçün istifadə edə bilərsiniz. Soyuducunun bir bölməsinə əzilmiş qəzeti qoyun. Qısa vaxt içində xoşagəlməz qoxunu özünə çəkəcəkdir.

 

 

4. Alma sirkəsi

Alma sirkəsinin faydalı olduğu sahələr getdikcə çoxalmaqdadır. Bakteriyaları məhv etmə xüsusiyyətinə malik olan sirkə bu dəfə soyuducu qoxusunu yox etmək üçün də istifadə ediləcək. Sirkə və suyu bir stəkanın içərisində qarışdırıb soyuducuya yerləşdirin. Həm yarabiləcək qoxuların qarşısını alacaq həm də xoşagəlməz qoxunu yox edəcək. 

 

5. Süd

Xoşagəlməz qoxuları özünə çəkən qidalar arasında süd də var. Əgər soyuducunuzda narahat edici xoşagəlməz qoxular yaranıbsa, bir stəkanda ağzı açıq şəkildə süd saxlayın. Xoşagəlməz qoxuları yox etdiyini görəcəksiniz.

 

 

6. Çay

Çayı dəmləyib içdikdən sonra qalan çay dəmini atmayın. Soyuducuda xoşagəlməz qoxu varsa, bu çay dəmini soyuducuda bir müddət saxlayın. İstəsəniz 1-2 dilim limon da əlavə edə bilərsiniz. Dərhal xoşagəlməz qoxuların yox olduğunu görəcəksiniz.

 

7. Soda

Soyuducu təmizliyi zamanı istifadə etdiyiniz sodanı soyuducudan qoxunu yox etmək üçün də istifadə edə bilərsiniz. Qida ilə təmasda ola biləcək hər məhsulu soda ilə təmizləmənizi məsləhət görürük. Sizi narahat edən soyuducu qoxusu soda ilə yox olacaqdır. Etməli olduğunuz iş balaca bir qabın içərisində sodanı soyuducuya yerləşdirməkdir.

 

Təmizlik bu qədər sadə olsa belə, təmizlik işlərinə vaxtınız yoxdur? O zaman Çağır Gəlsin sizin xidmətinizdədir!


TOP