Qorxduğunuzda yadda saxlamalı olduğunuz 7 hal

2020-10-31

Baxış: 1171

Qorxduğunuzda yadda saxlamalı olduğunuz 7 hal

Qorxu ilə mübarizə etməkdən yoruldunuz? Heç vaxt öhdəsindən gələ bilməyəcəyinizi hiss edirsiniz? Həqiqət budur ki, qorxunu heç vaxt dəf edə bilməzsiniz, ancaq onunla mübarizə aparmaq üçün özünüzü inkişaf elətdirməlisiniz. Qorxu sizə təsiri altına aldığı zaman yadda saxlamağınız lazım olan 7 vəziyyət:

 

1. Qorxu sizi yanıldır və yalan danışır

Qorxu haqqında bilməli olduğunuz ilk şey - daim yalan danışmanız və hər düşüncənizdə özünüzü bədbəxt hiss etmənizdir. Qorxu çox güclü bir hissdir. Psixoloji cəhətdən insanların ən faydalı müdafiə mexanizmlərindən biridir. Ancaq qorxunun reallığınızı pozmasına imkan verməməlisiniz. Bundan yaxa qurtara bilməsəniz də, davranışınızı müəyyənləşdirməməsi üçün qorxunu nəzarət altında saxlamaq çox vacibdir.

 

2. İcazə verin qorxu özünü idarə etsin

Qorxunun bilməyinizi istəmədiyi başqa bir şey, mövcud vəziyyətinizdən və gətirdiyi çətinliklərdən asılı olmayaraq, istədiyinizi edə biləcəyinizdir. İnsanların çoxu qorxunun özünü idarə etməsinə icazə verir və ağıllarının onlara göndərdiyi bütün mənfi mesajları nəzərə alır. Düzdür, böyük hədəflərə çatmaq çətindir və çox vaxt tələb edir. Ancaq bu olmasa, nəticə əldə etmək üçün motivasiya tapmaz və prosesi öyrənməzdiniz.

 

3. Qərarları yalnız siz müəyyənləşdirin.

Çox vaxt çox qorxulu digər amil də başqalarının düşüncələridir. Həyatınızdakı dəyişikliklərə qərar vermək üçün yalnız sizin hüququnuz var. Qınaq qorxusu sizi istəmədiyiniz və ya bəyənmədiyiniz bir işdə çalışmağınıza səbəb ola bilər. Yəqin ki, bu, digər insanlar tərəfindən nəzərə alınmağınızın yeganə yoldur deyə düşünürsünüz, amma bu həqiqət deyil. Axı hər zaman sənin haqqında danışan biri olacaq, çünki bu insan təbiətinin normal bir hissəsidir. Bilin ki, bu problem deyil, çünki hər zaman hamı ilə yaxşı münasibət qura bilməzsiniz. Etməli olduğunuz şey ümid və xəyallarınıza uyğun yaşamaqdır. Çox güman ki, tənqid olunmağa davam edəcəksiniz, amma mütləq daha xoşbəxt olacaqsınız.

 

4. Dəyişmək üçün gec deyil

Nə qədər müddətdir qorxularınıza görə hərəkət edə bilmirsiniz?

Qorxunun bilməyinizi istəmədiyi başqa bir şey isə nə yaşın, nə də başqa bir vəziyyətin dəyişmək üçün bir maneə olmamasıdır. Bir dəyişikliyin baş verməsi üçün, onu sizin heyata keçirməyiniz lazımdır. Əgər həqiqətən həyatınızda yalnış olan nələrsə varsa və ya etmək istədiyiniz şeylər varsa, bir fəaliyyət planı yaradın. Artıq bir hədəfiniz olacaqdır. İndi yerinə yetirmək üçün lazımi addımları atmalı olacaqsınız.


Gündəlik həyatımızda vaxt aşırı psixoloji gərginliklər yaşayırıq. Statistikaya əsasən, belə hallarda şəxsi problemlərimizi, psixoloji gərginliyimizi tanımadığımız adamla bölüşmək daha rahat və effektli olur. Bunun üçün Çay Yoldaşı formatındakı Psixoloq xidmətimiz gözləntilərinizi qarşılayacaqdır. Bu format psixoloqun otağında olan durum ilə eyni deyil - hüzurlu bir kafedə bir stəkan çay arxasında ürək açan söhbətə dalacaqsınız. Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.

 

5. Keçmiş səhvləriniz gələcəyinizə təsir etmir

Qorxunun bilməyinizi istəmədiyi beşinci şey: buraxdığınız səhvlər gələcəyinizı təsir etmir. Hamımız səhv edirik və etməməli olduğumuz şeylərin yükünü çiyinlərimizdə daşıyırıq. Bu çox normal bir şeydir, çünki həyat yeni şeylər sınamaq və qərarlar qəbul etməkdədir. Bunları edərkən səhv etmək qaçılmazdır.

İndi bu səhvlər hədəflərinizə çatmaq üçün düzgün yol tapmağınıza kömək edə bilər. Səhv etdikləri və buna görə irəliləyə bilmədikləri üçün sadəcə imtina edən insanlardan olmayın. Bunun əvəzinə, səhvlərinizdən nəticə çıxararaq hansı yolu izləməli olduğunuzu müəyyənləşdirin.

cagir.az -Qorxduğunuzda yadda saxlamalı olduğunuz 7 hal

6. Sizə mane olan elə özünüzsünüz

Sizi dayandıran şeyin qorxu olduğunumu düşünürsünüz? Reallıq budur ki, bu həqiqət deyil. Doğrudur, qorxu qeyri-müəyyənliyə və şübhəyə səbəb ola bilər, ancaq dayanmağa davam etmək qərarını siz qəbul edirsiniz.

 

7. Qorxu hissinizə dair bir stəkan çay və ya kofe arxasında, komfortlu bir kafedə qeyri-ənənəvi psixoloji konsultasiya təcrübəsini yaşamaq istəyirsinizsə, Cagir.az-ın qeyri-ənənəvi psixoloji konsultasiyasından faydalana bilərsiniz. Lazımi xidmət kateqoriyasını sifariş edib, sizə uyğun komfortlu bir abu-havada (kafe/restoran) konsultasiyanızı ala bilərsiniz. Əlaqə nömrəsi: +994 70 348 26 06.

Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?

Yuxuda ilan görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Faydalı Məlumatlar

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Faydalı Məlumatlar

2023-04-24

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Faydalı Məlumatlar

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Faydalı Məlumatlar

2022-12-21

Payızda ölkəni qarış-qarış gəzin!

Payızda ölkəni qarış-qarış gəzin!

Faydalı Məlumatlar

2022-11-29

Tədbirlərə tort sifarişi

Tədbirlərə tort sifarişi

Faydalı Məlumatlar

2022-11-23

Cagir.az zəng et