Qışda Əl, Ayaq və Dırnaq Baxımı

2020-10-31

Baxış: 6305

Qışda Əl, Ayaq və Dırnaq Baxımı

Qış gələn zaman əllərinizdə və ayaqlarınızda gözlə görülə bilən çatlaqları görə bilərsiniz. Krandan axan soyuq su, çöldəki soyuq hava, isti-soyuq hava dəyişikənliyi əllərimizin qurumasına səbəb ola bilər. Gün ərzində uzun müddət ayaqqabıda və corabda havasız qalan ayaqlarınızdakı topuq çatlaqları və ayaqlarınızdakı qalıcı quruluq ola bilər. Dırnaqlar sarı rəngə çevrilir və qırılma başlayır. Dırnaq səthində soyulma eyni zamanda qışda ən çox görülən dırnaq problemlərindən biridir. 


cagir.az -Qışda Əl, Ayaq və Dırnaq Baxımı


Quruyan və çatlayan əllərə qulluq

Qışda ən çox arzuolunmaz şeylərdən biri əllərinizin quruması və çatlamasıdır. Bunun qarşısını almaq üçün əl kremini çantanızda saxlamalı və əllərinizi yalnız quruyanda deyil, əllərinizi yuyandan sonra və bayıra çıxmadan əvvəl nəmləndirməyə diqqət yetirməlisiniz. Əlcəklərdən istifadə edərkən əl kremi tətbiq etməyə laqeyd yanaşmamalısınız. Əllərinizi soyuq su ilə deyil, ilıq su ilə yumalısınız. Əllərin qurumasına səbəb olan ən vacib səhvlərdən biri də soyuq əlləri birbaşa qızdırıcının üzərinə qoymaqdır. Bu ani istilik dəyişməsi əllərin qurumasına və daha tez çatlamasına səbəb olur. Düzgün olan isə, əlləri bir-birinə sürtməklə istilənməkdir.

cagir.az -Qışda Əl, Ayaq və Dırnaq Baxımı


Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir! Manikür xidmətini sifariş etmək üçün bu linkə daxil ola bilərsiniz. Bir neçə kliklə manikür ustası qapınızda! Əlaqə nömrəsi: +994703482606.


Qışda əllərinizi soyuqdan qorumaq üçün edə bilərsiniz:

  • Mətbəxdə əlcəklərdən istifadə edin.
  • A, B, C, E və K vitaminləri ilə zəngin olan qidalar əllərinizi yumşaq qalmağında təsirli olur. Qış aylarında yer kökü, brokoli, portağal, ispanaq, alma, badam, fındıq, qırmızı kələm kimi tərəvəzlər və çərəzlər əllərin hamar qalmasında təsirli olur.
  • Gündə ən azı 2 litr yarım su için.
  • Sabundan çox istifadə etməyin.
  • Quruyan əlləriniz üçün evinizdə təbii müalicə üsulları tətbiq edə bilərsiniz. Əllərinizə kokos yağı vuraraq keyfiyyətli və uzun müddətli bir yumşaqlıq təmin edə bilərsiniz.

 


Saralan dırnaqlara necə qulluq etmək olar?

Əvvəlcə "niyə dırnaqlar sarı rəngə çevrilir?" sualının cavabını öyrənmək daha düzgün olar. D vitamini çatışmazlığı səbəbindən dırnaqlar qışda sarala bilər. Dərinizin günəşə məruz qalmaması, diyetinizdəki dəyişikliklər və kifayət qədər vitamin qəbul etməmək vücudunuzun reaksiyasına səbəb ola bilər. Sarımtıl dırnaqları ağartmağın yolu olduqca sadədir. Əvvəlcə dırnaqlarınızdakı dırnaq boyasını silin (əgər varsa) və aşağıdakı bir neçə təkliflərimizi tətbiq edin:

1. 2 xörək qaşığı süd və 2 xörək qaşığı mineral suyu qarışdırın. Dırnaqları 5 dəqiqə bu qarışıqla ovuşdurun. Dırnaqlarızı təmizləyin və isti su ilə yuyun.

2. 1 limonun suyunu sıxın və üzərinə bir az isti su əlavə edin. Bu su ilə dırnaqlarınızı ovuşdurun. Bu proses həm dırnaqlarınızı ağardacaq, həm də qırılmaların qarşısını alacaqdır.

3. 1 çay qaşığı qatıq və 1 çay qaşığı sodanı qarışdırın. Bu qarışıqla dırnaqlarınızı ovuşdurun və yuyun. Bunu 3 gündən çox tətbiq etməyin.

4. Dırnaqlarınızı yumşaq diş fırçası istifadə edərək diş pastası ilə fırçalayın, 5-6 dəqiqə gözləyin və yuyun.

cagir.az -Qışda Əl, Ayaq və Dırnaq Baxımı

 

Quruyub ayrılan dırnaqlara necə qulluq etmək olar?

  • Dırnaq qoruyucu və möhkəmləndirici dırnaq boyalarından istifadə edin.
  • Dırnaqlarınızı həftədə iki dəfə alma sirkəsi və su qarışıda saxlayın.
  • Dırnaqlarınızdakı təbəqələri yüngülcə təmizləyin.
  • Dırnaqlarınızı zeytun yağı ilə masaj edin.
  • Dırnaqlarınız soyulursa, təbəqələri qoparmayın.

 

Dırnaq gücləndirici resept

1 xörək qaşığı bal, 2 xörək qaşığı zeytun yağı, bir çimdik duz və 1 yumurta sarısı qarışdırın və hazırladığınız qatqını dırnaqlarınıza çəkin. 15 - 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Qarışığı həftədə 2 dəfə hazırlayıb tətbiq edin.

 

Qışda ayaq baxımı

  • Daban və ayaq barmaqlarınızdakı zədələrin qarşısını almaq üçün keyfiyyətli ayaqqabı seçin. Ayaqlarınızda döyənək (mazol) varsa, apteklərdə satılan döyənək üçün vasitələrdən istifadə edə bilərsiniz. Döyənəklərinizi heç vaxt kəsməyin.
  • Günün sonunda ayaqlarınızı sabun və su ilə yuyun və yaxşıca qurudun. Bu, ayaqlarınızda göbələk yaranmasının qarşısını alacaqdır.
  • Dabanlardakı çatlaqlar üçün bir daban daşından istifadə edin. Sonra yuyun və nəmləndirin.
  • Ayaqlarınızdakı ölü dərini çıxarmaq üçün pilinq edin.
  • 1 limonun suyunu 2 çay qaşığı qəhvəyi şəkər və 1 çay qaşığı badam yağı ilə qarışdırın. Bu qarışıqla ayaqlarınızı masaj edin. Ayaqları yuyun və nəmləndirici krem ​​tətbiq edin.


Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir! Pedikür xidmətini sifariş etmək üçün bu linkə daxil ola bilərsiniz. Bir neçə kliklə manikür ustası qapınızda! Əlaqə nömrəsi: +994703482606.

cagir.az -Qışda Əl, Ayaq və Dırnaq Baxımı

Əl və ayaq baxımı üçün hamamdan sonrakı vaxtı seçin. Yumşaldılmış dəri və açılmış məsamələrə tətbiq edəcəyiniz krem, pilinq daha yaxşı təsir edəcəkdir.


Hər zaman baxımlı və gözəl qalın! Əgər bunun üçün vaxt tapa bilmirsinzisə, Cagir.az-ın ManikürPedikür ustaları olduğunuz məkanda sizə gözəllik xidmətlərini göstərməyə hazırdırlar. Bunun üçün sadəcə bir kliklə sifarişinizi edə bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.

Paylaş:

fb_iconlinkedin_icon