Qidaların təzə qalması üçün 10 məsləhət

2020-10-31

Baxış: 948

Qidaların təzə qalması üçün 10 məsləhət

Bir həftə əvvəl aldığınız qidaları təzə saxlamaqda çətinlik çəkirsinizsə, hər dəfə çürük və solğun olduğunu görürsünüzsə, deməli onları düzgün saxlamırsınız. Ən çox alınan və yalnış saxlanılan qidaları bir araya gətirdik. Beləliklə, qidanızı daha uzun müddət təzə saxlaya bilərsiniz?

 

Kələmin təzə qalması üçün.

Kələm saxlayarkən ən çox yayılmış yalnışlardan biri də onu plastik torbada saxlamaqdır. Bunun əvəzinə kələmi plastik bir torba qoymadan soyuducunun rəfində saxlayın. Bu şəkildə 2 həftəyə qədər xırtıldayan və təzə qalacaqdır.

 

Soğanı saxlamaq üçün.

Əgər soğanı soyuducuda saxlasaq nəm verib, çürüməsinə səbəb olacaqdır. Buna görə soğanı mütləq telli səbətdə saxlayın. Bu vəziyyətdə aylarla təzə qalacaq. Bundan əlavə, soğanları kartof ilə bir yerdə saxlamayın, onların tez çürüməsinə səbəb olarsınız.

 

Pendirin təzə qalması üçün.

Plastik qablar pendir məhsulları üçün olduqca əlverişsizdir. Pendiri açdıqdan sonra perqament kağıza bükün, sonra plastik torbaya qoyun. Beləliklə, tez bir zamanda xarab olmasının qarşısını alacaqsınız.

 

Çörəyi təzə saxlamaq üçün.

Plastik qutular, və torbalar çörək saxlamaq üçün yaxşı seçim deyil. Bunun ən yaxşı yolu çörəyi təmiz bir mətbəx dəsmal ilə bükün və çörək səbətinə və ya mikrodalğalı sobaya qoyun. Bu üsul çörəklərinizi yumşaq saxlamağa da kömək edir.

 

Yerkökü saxlamaq üçün.

Yerkökünün təzə qalmasını istəyirsinizsə, aldığınız zaman üst saplarını üstündən kəsdiyinizə əmin olun. Sapları ilə qalsa, bütün qida dəyərini itirəcəkdir. Plastik torbalarda saxlamaq olmaz. Yalnız soyuducu gözündə saxlayın.

 

Göbələkləri təzə saxlamaq üçün.

Plastik bir qabda satın aldığınız göbələkləri dərhal qabdan çıxarın. Üzərindəki kirləri yaxşıca yuyun və qurudun. Quruduqdan sonra kağız salfetlərin üstünə sərin və qurudun. Quruduqdan sonra isə kağız torbaya qoyun. İstifadəyə qədər soyuducuda saxlayın.

 

Əti dondurmadan təzə saxlamaq üçün.

Ətin dondurumaq istəmirsinizsə və qısa müddətdə bişirməyi planlaşdırırsınızsa, bunun üçün sizinlə asan bir üsulu bölüşəcəyik. Plastik bir qabı zeytun yağı ilə doldurun və əti içinə yerləşdirin. Zeytun yağı əti qoruyacaq və eyni zamanda daha ləzzətli edəcəkdir. Bundan əlavə ətiniz həm də marinadlanacaq. Ancaq bu üsul əti yalnız 3 gün təzə saxlayır.

 

Limonları bir ay təzə saxlamaq üçün.

Limonları plastik torbada soyuducuda saxlayın. Bu zaman bir ay təzə qalacaqlar. Onları bir-birinin üstünə qoymayın. Həm də unutmayın ki, otaq temperaturunda saxlasanız, onlar yalnız 1 həftə təzə qalacaqlar.

 

Bananı təzə saxlamaq üçün.

Banan tez xarab olan və qaralmağa başlayan meyvələrdən biridir. Banan saplarını təzə saxlamaq üçün plastik sarğı ilə bükə bilərsiniz. Bu üsul çox sadə görünsə də, bunun təsirli olduğunu görüb təəccüblənəcəksiniz. Beləliklə, yetişmə prosesi uzadılacaqdır.

cagir.az -Qidaların təzə qalması üçün 10 məsləhət

Çiyələkləri təzə saxlamaq üçün.

Çiyələkləri saxlamazdan əvvəl yumayın. Əgər onu yuyub plastik və ya şüşə qabda saxlasanız, daha sürətli çürüməsini səbəb olarsınız. Bunun əvəzinə, süzgəc formasında qablarda saxlamağa çalışın.


Və unutmayın ki mətbəxinizin, evinizin təmizliyi hər zaman vacibdir! Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.

Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?

Yuxuda ilan görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Faydalı Məlumatlar

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Faydalı Məlumatlar

2023-04-24

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Faydalı Məlumatlar

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Faydalı Məlumatlar

2022-12-21

Payızda ölkəni qarış-qarış gəzin!

Payızda ölkəni qarış-qarış gəzin!

Faydalı Məlumatlar

2022-11-29

Tədbirlərə tort sifarişi

Tədbirlərə tort sifarişi

Faydalı Məlumatlar

2022-11-23

Cagir.az zəng et