Orqanik qidalanmanın faydaları

2021-03-10

Baxış: 4484

Orqanik qidalanmanın faydaları

Son illərdə yediklərimizə və içdiklərimizə dair daha da şüurlu olmağa başlamışıq. Sağlam qidalanmamız lazım olduğuna da əminik. Daha sağlam bir həyat yaşamaq üçün və sağlam yaşlanmaq üçün orqanik qidaların istifadə edilməsinin vacib olduğunu öyrəndikdə, pəhrizimizi orqanik qidalara uyğun olaraq təşkil edirik. Bəs orqanik qida dedikdə nədən danışırıq? Kimyəvi maddələrdən, sintetik gübrələrdən, genetik cəhətdən dəyişdirilmiş orqanizmlərdən (GMO) və radiasiyadan uzaq olan qidalara orqanik qidalar deyirik. Təbii qidalanma bədənimizdəki orqan və sistemlərin sağlam bir şəkildə işləməsini təmin etdiyi üçün əmələ gələn toksinlər bədəndən daha asan çıxarılır.

cagir.az -Orqanik qidalanmanın faydaları


Sağlam torpaqlarda yetişən qidalar orijinal ləzzətini qoruyur, buna görə orqanik qidalanma da ağız dadımıza xitab edir. Orqanik qidalar yeyərək həm özümüzə, həm də təbiətə töhfə veririk. Bu yazıda orqanik qidalanmanın faydalarını birlikdə araşdıracağıq.

 

Orqanik qidaların qida dəyəri yüksək olur.

Bir məhsulun orqanik olması üçün heç bir kimyəvi maddəyə məruz qalmadan böyüməsi lazım olduğunu demişdik. Əlbəttə, təbii toplanması və bizlərə çatmağı prosesində də təbiilliyinin qorunması əsas götürülməlidir. Təbii şəkildə toplanmalı və süfrələrimizə ən təbii formada çatmalıdır. Vəziyyət belə olduqda isə tərkiblərində həşərat dərmanı, bitki öldürücülər, böyümə hormonları kimi zərərli maddələr olmaz. Orqanik yetişdirilirlər və əkinçilərin özləri tərəfindən istehsal olunan təbii həşərat dərmanı ilə dərmanlanıb gübrələnirlər. Beləliklə, onların qida dəyəri daha yüksək olur. Bədənimizin ehtiyac duyduğu vitamin və mineralları daha təsirli şəkildə əldə etməyimizə imkan yaradır. Orqanik qidalar sayəsində kimyəvi maddələr səbəbiylə bədənimizə daxil ola bilən virus və bakteriyalardan uzaqlaşmış oluruq.

 

Orqanik qidalanan zaman təbiəti də qoruyuruq

Ənənəvi əkinçilik üsulları ilə yetişdirilən orqanik qidaların tərkibində zərərli kimyəvi maddələr olmadığı üçün ətraf mühit üçün zərərli deyillər. Orqanik əkinçilik zamanı sağlam böyümə dövrü keçirmək və ətraf mühiti qorumaq üçün rotasiya işləri aparılır. Torpaqda heç bir kimyəvi maddə olmadığı zaman torpaq və su bu kimyəvi maddələrlə təmasda olmur. Bu, torpağı məhv etmək əvəzinə qoruyur və daha uzun müddət məhsul verəcək sağlam torpaqla təmin edir. Orqanik əkinçilik torpaqları qorumaqla yanaşı çirklənmə və eroziyanı azaltmağa da kömək edir. Su qaynaqlarını qorumaqla gələcəyimizə də kömək edir. Başqa sözlə, orqanik qidalar yeyərək dünyamızı qorumaqla gələcəyimizi də zəmanət altına almış oluruq.

cagir.az -Orqanik qidalanmanın faydaları


Orqanik qidalanmağa başlamaq olduqca asandır.

Bu günə qədər orqanik bəslənmədə heç bir addım atmamış ola bilərik, ancaq kiçik addımlarla orqanik qidalanmaya başlaya bilərik. Ağ un istifadə etmək əvəzinə orqanik kakos unu, badam unu və fındıq unundan istifadə edə bilərik. Orqanik olaraq yetişdirilən tam taxıllı qida olan chia toxumundan istifadə edə bilərik. GMO olmayan qlütensiz bir taxıl olan ağ kinoa ilə dadlı reseptlər hazırlaya bilərik.

 

Orqanik qidalar niyə bahalıdır?

Orqanik əkinçiliyin sertifikatlaşdırılması və sertifikatlaşdırma prosedurlarının ödənişli olması orqanik məhsulların qiymətini artırır.

Heç bir kimyəvi maddə istifadə edilmədiyi üçün orqanik kənd təsərrüfatının səmərəliliyi daha aşağıdır və bu da məhsulların daha bahalı olmasına səbəb olur.

Orqanik qida və kənd təsərrüfatı istehlakçılardan kifayət qədər dəstək ala bilmədiyi üçün orqanik istehsal müəssisələri kiçik olduğundan vahid xərcləri yüksəkdir. Bu gün kimyəvi maddələrin, qatqıların insan sağlamlığına vurduğu zərərləri öyrənmək, məlumatlanmanın artması və insanların istifadə etdiyi qidalara həssas olması diqqətəlayiq və xoşdur.

 

Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?

Yuxuda ilan görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Faydalı Məlumatlar

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Faydalı Məlumatlar

2023-04-24

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Faydalı Məlumatlar

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Faydalı Məlumatlar

2022-12-21

Payızda ölkəni qarış-qarış gəzin!

Payızda ölkəni qarış-qarış gəzin!

Faydalı Məlumatlar

2022-11-29

Tədbirlərə tort sifarişi

Tədbirlərə tort sifarişi

Faydalı Məlumatlar

2022-11-23

Cagir.az zəng et