Mətbəxinizdə qışa uyğun hazırlıqlar

2020-11-16

Baxış: 4776

Mətbəxinizdə qışa uyğun hazırlıqlar

Mövsümi şərtlərə görə ən təzə və canlı qidalarla bir menyu yaratmaq istəsəniz də, əslində lazımi hazırlıqları edərək istədiyiniz yeməkləri hazırlaya bilərsiniz. Yaxşı, mətbəxinizdə qışın tempinə və şərtlərinə uyğun olaraq nə kimi hazırlıqlar edə bilərsiniz?

 

Dondurucuya nəyi və necə yerləşdirmək olar?

Yemək bişirərkən ən təzə məhsullardan istifadə etmək həmişə qoxu və dad baxımından daha yaxşıdır. Mövsümi şərtlər səbəbindən istədiyiniz məhsulları əldə edə bilmirsinizsə, qışa fərqli hazırlıq üsulları ilə yay meyvələrinizi və ya qidalarınızı təzə saxlaya bilərsiniz.


Soyuducunuzda nasazlıq varsa əgər, Cagir.az-ın Soyuducu Ustası xidmətindən yararlana bilərsiniz. Bir neçə kliklə usta qapınızda!

Əlaqə nömrəsi: +994703482606.


Yay meyvələri

Albalı, moruq, çiyələk və böyürtkən kimi məşhur yay meyvələrini dondurucuda saxlaya və istədiyiniz zaman istifadə edə bilərsiniz. Bunun üçün əvvəlcə bu meyvələri yaxşı yumalısınız. Sonra qurudaraq nəm olmadığından əmin olmalısınız. Sonda isə ağzı bağlanan torbalara doldurub dondurucuya qoya bilərsiniz.

 

Yeməli tərəvəzlər

Bibər, qırmızı bibər, pomidor və xiyar kimi tərəvəzləri hərtərəfli yuduqdan sonra dilimləyə bilərsiniz. Bununla birlikdə, pomidorların soyulduğundan əmin olmalısınız. Bibərləri daha uzun müddət saxlamaq üçün onları biraz qızartmaq da olar.

Lobya, noxud kimi paxlalıları qabıqlarından ayırmaq üçün yüngülcə bişirə bilərsiniz. Sonra suyu süzüb torbaya qoyub dondurucuda istədiyiniz zaman istifadə edə bilərsiniz.

Kabak və badımcan kimi tərəvəzləri istədiyiniz ölçüdə dilimləməlisiniz. Qısa müddət qaynadıldıqdan sonra soyuq suyun atında yaxalayın. Suyu süzüb dondurucuya vakuum torbalarda yerləşdirə bilərsiniz.


 

Dondurucuda saxlamaq üçün tövsiyə olunmayan meyvə və tərəvəzlər

Kartof, soğan, sarımsaq kimi tərəvəzlərin dondurucuda saxlanılması tövsiyə edilmir. Təzə almaq və istehlak etmək daha düzgün olacaq, çünki soğan və kartofun cücərməsi zəhərli maddələrin əmələ gəlməsinə səbəb olacaqdır. Eynilə toplandıqdan sonra da yetişməyə davam edən qovun və banan kimi meyvələr dondurucuda saxlanmamalıdır. Əks təqdirdə rəng və dad dəyişikliyinə səbəb ola bilər.

 

Souslar

Bişirərkən daha çox istifadə etdiyiniz məmulatları qutulara dolduraraq işinizi daha da asanlaşdıra bilərsiniz. Səhər yeməyi sousları, yemək bişirərkən əlavə etdiyiniz souslar və ya yeməyinizlə birlikdə əlavə etdiyiniz sousları konservləşdirilmiş formada saxlaya bilərsiniz. Məsələn, adi pomidor və bibər sousları yeməyi hazırlamaqda sizə çox vaxt qazandıra bilər.

cagir.az -Mətbəxinizdə qışa uyğun hazırlıqlar

 

Turşu

Yerkökü, xiyar, badımcan, bibər və pomidor kimi bir çox qidanı sirkə, sarımsaq və duzlu su ilə doldurulmuş bankalarda saxlaya və ədviyyatlı ləzzətini istədiyiniz zaman istifadə edə bilərsiniz.

Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?

Yuxuda ilan görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Faydalı Məlumatlar

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Faydalı Məlumatlar

2023-04-24

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Faydalı Məlumatlar

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Faydalı Məlumatlar

2022-12-21

Payızda ölkəni qarış-qarış gəzin!

Payızda ölkəni qarış-qarış gəzin!

Faydalı Məlumatlar

2022-11-29

Tədbirlərə tort sifarişi

Tədbirlərə tort sifarişi

Faydalı Məlumatlar

2022-11-23

Cagir.az zəng et