Həyatınızı dəyişdirəcək təmizlik haqqında 8 məlumat

2021-02-19

Baxış: 6577

Həyatınızı dəyişdirəcək təmizlik haqqında 8 məlumat

Günümüzdə mətbəxi həmişə təmiz saxlamaq, yataq otağındakı qarışıqlıqdan qurtulmaq və ya çox qarışıq bir qonaq otağını nizamlı olaraq təmiz saxlamaq asan deyil. Nizamlı bir yaşayış sahəsi yarada biləcəyiniz bu 8 tövsiyə sizə böyük rahatlıq təmin edəcəkdir.

cagir.az -Həyatınızı dəyişdirəcək təmizlik haqqında 8 məlumat


1. Kağız dəsmallara üstünlük verin

Mətbəx dəzgahını asanlıqla təmizləmək üçün dəzgahınızda bir bezdən əlavə bir kağız salfet də saxlayın. Kağız salfeti bir az isladaraq az miqdarda yuyucu maddə istifadə edərək mətbəx dəzgahınızı və ətrafa sıçrayan sous ləkələrini asanlıqla təmizləyə bilərsiniz və yumağınız lazım olan parça ilə vaxt itirmədən işinizi bitirə bilərsiniz.


Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme, ofis temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.


2. Mətbəx alətlərini istifadə etməzdən əvvəl

Sarımsaq əzən, sürtgəc kimi təmizlənməsi çətin olan mətbəx alətlərindən istifadə etməzdən əvvəl səthi yüngülcə yağlayın və ya sprey yağdan istifadə edin - qida qalığını sonra təmizləmək çox asan olacaqdır.

cagir.az -Həyatınızı dəyişdirəcək təmizlik haqqında 8 məlumat

 

3. Sirkənin Gücü

Kofe maşını, çaydan, soba qabları və ya polad qablar məhsullarının inadkar ləkələrini təmizləmək üçün isti su və sirkə istifadə edin. İnanın, sirkə ləkələrin təmizlənməsində qab yuyucu vasitələrdən daha təsirli və steril bir məhsuldur.


4. Xalçalara diqqət!

Xüsusilə ev heyvanları olanlar üçün ən böyük problemlərdən biri xalçada yığılmış qoxu və tükdür. Qoxunu tamamilə aradan qaldırmaq üçün xalçanıza soda tökün. Bir saat gözlədikdən sonra xalçanı tozsoran ilə süpürün və fərqi hiss edin.


Əgər sizə evdə və ya ofisdə xalça yuma xidməti lazımdırsa, o zaman Cagir.az-ın icraçıları öz avadanlıqları və yuyucu vasitələri ilə xalçanızda heç bir ləkə buraxmadan işini peşəkarcasına görəcəklər. Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.


5. Diş Fırçasının Gücü

Köhnə bir diş fırçasının ev təmizliyində nə qədər faydalı ola biləcəyini təsəvvür edə bilməzsiniz. Köhnə bir diş fırçası ilə ayaqqabılarınızın altını, rezin səthlərini, hamam və mətbəxdəki plitələrin arasındakı çirkləri, kofe maşınınızın içini və ağlınıza gələ biləcək hər hansı bir yapışqan ləkəni asanlıqla təmizləyə bilərsiniz.

cagir.az -Həyatınızı dəyişdirəcək təmizlik haqqında 8 məlumat


6. Görünməz yerlər

Yataqların və oturacaqların altı hər kəsin təmizlik kabuslarındandır. Bu problemin ən təsirli həlli tozsoranın ağzına bir corab keçirmək və əlçatmaz nöqtələri bu şəkildə təmizləməkdir. Corablar və ya bir parça bez toz cəlb etmək üçün maqnit rolunu oynayacaq.


Əgər sizə evdə və ya ofisdə divan-kreslo yuma xidməti lazımdırsa, o zaman Cagir.az-ın divan-kreslo təmizləmə üzrə icraçıları öz avadanlıqları və yuyucu vasitələri ilə heç bir ləkə buraxmadan işini peşəkarcasına görəcəklər. Əlaqə nömrəsi: +994703482606.

 

7. Soyuducu təmizlənməsi

Qapağını bağlamadan soyuducunuza qoyduğunuz yeməklər bir neçə saat ərzində soyuducunun qoxusunu dəyişə bilər və yeməkləri soyuducudan çıxarsanız daa qoxu soyuducunuza nüfuz edə bilər. Bunun qarşısını almaq üçün qəhvə ununu çay qabına qabına tökərək soyuducunuzun üst rəfinə qoyub, iki ayda bir yenisi ilə əvəz edə bilərsiniz.

cagir.az -Həyatınızı dəyişdirəcək təmizlik haqqında 8 məlumat


8. Limonun Təmizləyici Təsiri

Zibil qutularında müəyyən bir müddət istifadədən sonra istənməyən bir qoxu gəlir. Bu qoxunu aradan qaldırmaq üçün yuyucu vasitələr yetərsiz ola bilər. Bunun qarşısını almaq üçün limon qabığını dondurucunun hər bölməsinə yerləşdirib su ilə doldurub dondura bilərsiniz. Sonra buz küplərini əriyənədək zibil qutunuzda saxlayıb və sonra zibil qutunuzu yaxşıca yuyun – bu üsulla pis qoxulardan qurtula bilərsiniz.

 

Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Matrası bu üsullarla təmizləyin!

Matrası bu üsullarla təmizləyin!

Təmizlik xidməti

2023-09-15

Yuxuda ev süpürmək nədir?

Yuxuda ev süpürmək nədir?

Təmizlik xidməti

2023-08-07

Evdə dərin təmizlik necə olmalıdır?

Evdə dərin təmizlik necə olmalıdır?

Təmizlik xidməti

2023-07-21

Geyimlərin quru təmizlənməsi

Geyimlərin quru təmizlənməsi

Təmizlik xidməti

2023-04-20

Ev təmizliyində pərdə yuma xidməti

Ev təmizliyində pərdə yuma xidməti

Təmizlik xidməti

2023-04-09

Təmirdən sonra təmizlik xidməti

Təmirdən sonra təmizlik xidməti

Təmizlik xidməti

2023-03-25

Bayram təmizliyi necə edilməlidir?

Bayram təmizliyi necə edilməlidir?

Təmizlik xidməti

2023-03-09

Büdcənizə uyğun təmizlik şirkəti

Büdcənizə uyğun təmizlik şirkəti

Təmizlik xidməti

2023-02-24

Cagir.az zəng et