Əlbətdə ki, hər kəsin gündəmində "günlük, həftəlik və aylıq" təmizlik var. Təmizliyə başlamazdan əvvəl bütün təmizlik qaydalarına da diqqət etmək lazımdır. Səhv bir təmizləmə prosesi əşyalara zərər verə bilər. Halbuki, qaydalara uyğun təmizliyi etmək üçün əhəmiyyətli məqamlar var. Mütəxəssislər təmizləmə hərəkətinin planlı, proqramlı olmasının lazım olduğunu izah edir.


Əvvəl gözlə görünən çirkləri təmizləyin. Tozsoran ilə toz qaldırmadan öncə hər yeri süpürmək ümumiyyətlə ilk etməli olduğunuz işdir. Təmizlik əsnasında istifadə edilən suyun isti olması əhəmiyyətlidir. Sildiyiniz oturacaqları ən sonda quru və təmiz bir bezlə qurulamağı unutmayın.


Ev təmizliyi əsnasında diqqət edilməsi lazım gələn əsas məqamlardan biri yuyucu və dezinfeksiya vəsaitlərinin istifadəsidir. Hər cür təmizlik maddəsini hər yerdə istifadə etmək olmaz. Məsələn, geyimlər üçün olan toz vasitəsini salon döşəməsini təmizləmək üçün istifadə etmək düzgün deyil.

 

 

Kir və mikroblar isti su ilə daha asan gedir. Suyun kafi istilikdə olması əhəmiyyətlidir. Məsələn yağlı çirklər isti su ilə təmizlənir. Ancaq, içində yağ həll edicilərinin olduğu təmizlik vasitələrini istifadə etmək daha praktik olar. Təmizləmə suyunu tez-tez dəyişdirmək lazımdır. Əks halda, təmizlənən səthə çıxarılan çirkdən iki mislini əlavə etmiş olursunuz!

Yataq, yorğan, yastıq, çarşaf və örtük xaricində istifadə edilən parça məhsullarının hamısını paltaryuyan maşında uyğun temperaturda yuyun. Ayrıca, onlarda da mikrobların tamamilə itməsi üçün ütüləməyi də unutmayın.

Tualetlər, unitaz və duş yerləri sağlamlığımız baxımından ən çox təmizlənməsi lazım olan yerlərdir.


Xalça və döşəmədə istifadə etdiyiniz təmizlik bezləri, fırçalar çox təmiz olmalıdır. Məsələn, yerləri sildiyiniz bir bezlə oturacaqları silsəniz, fərqində olmadan mikrob yaya bilərsiniz. Mebellərin tozlarını nəmli bezlə silin. Ləkələr varsa, səthi pozmayacaq xüsusi təmizləyicilər ya da yuyucu tozlardan istifadə edin.

 

Qapı qolları ya da nərdivan kənarı kimi çox əl dəyilən səthləri əvvəl isti su ilə, sonra gigiyenik bir vasitəylə silin.


Mətbəx şkafları qoruyucu bir səth ilə örtülmüşdür. Yemək bişirərkən havada olan nəmli və yağlı zərrəciklərin səthə yapışması, yemək hazırlığı zamanı açılan bağlanan şkaf qapaqlarında qalan əl və barmaq izləri pis bir görünüş yaradır. Ətrafa da xoş olmayan bir qoxu buraxa bilər. Bu səbəblə təmizlik daha diqqətli edilməlidir. Şkafların təmizliyində güclü yuyucu tozlardan və cızıq buraxan sərt təmizləyici vasitələrdən istifadə etməkdən qaçın. Mətbəx şkaflarını təmizləyəndə yuyucu və yağ qalıqlarından xüsusi vasitə ilə azad olmaq lazımdır. Bu zaman, qabları yumaqda istifadə edilən bir bezi, şkaf silmək üçün istifadə etmək böyük səhv olar.

Taxta məhsulların ən böyük düşməni rütubətdir. İslanan kimi mümkün olduğu qədər sürətli bir şəkildə qurulayın. Mütləq "taxta qoruyucu”dan istifadə edin.



Seçdiyiniz təmizlik məhsulları gözəl qoxulu olduğu zaman evin təmizliyini daha çox hiss edərsiniz. Təmizlik vasitələrinin qapaqlarını açıq saxlamayın. Xüsusilə toz halında olan vasitələri nəmli yerdə tutmamağa çalışın.

 Təmizlik hər zaman vacibdir! Evinizin təmizliyini Cagir.az-ın peşəkarlarına həvalə edə bilərsiniz.