Elektrikə qənaət etmək üçün əsas məqamlar

2020-10-31

Baxış: 5310

Elektrikə qənaət etmək üçün əsas məqamlar

Virus səbəbilə evdə olduğunuz müddətdə elektrik enerjisinin istifadəsi mütləqdir ki artmışdır. Bu hər an nə qədər gözlənilməz bir nəticə olmasa da, bəzi təcrübələri tətbiq edərək elektrikə qənaət edə bilmək və elektrik qəbzlərini azaltmaq mümkündür. Həmçinin qənaətcil olmağa diqqət etmək təbiət üçün də bir məsuliyyət yerinə yetirmək mənasına gəlir.

Elektrikə qənaət etmək üçün əsas məqamlar 43

Bu yazımızda həm karantin dövrü sonrası, həm evdə qaldığınız müddətdə, həm də bütün zamanlarda elektrik enerjisinə qənaət etmək üçün lazım olan məsləhətləri sizinlə bölüşürük.

 

Elektrikə qənaət etmək üçün əsas məqamlar 43


Cagir.az-ın təcrübəli elektrikləri tərəfindən razetka və avtomatın quraşdırılması - dəyişdirilməsi, lüysturların quraşdırılması və təmiri, həmçinin plafon, spot, led işıqların quraşdırılması - dəyişdirilməsi və domofon və gizli kameraların quraşdırılması yerinə yetiriləcəkdir. Sifariş üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.

 

Elektrikə qənaət

  • Elektrikli məişət avadanlıqları və ya mətbəx avadanlığı alarkən enerji siniflərinə diqqət etmək çox vacibdir. Bu enerji sinifləri A+++-dan D-yə qədər gedir və A+++ bu sinifin ən üstündə yerləşir. Avadanlıqların bu sinifə yaxın olduğundan əmin olun. Qısa müddətdə bəlkə bahalı bir seçim olacaq, amma uzun müddətdə 40%-ə qədər qənaət etməyə kömək edəcəkdir.
  • Paltaryuyan maşını və ya qabyuyan maşını istifadə edərkən maşınları tamamilə doldurmadan işlətmək qənaət etməyə mane olan nüanslardan biridir. Bu maşınları effektiv istifadə etmək üçün əlinizdən gəldiyi qədərilə tamamilə doldurub işlətməyə diqqət edin.
  • Evdə istifadə etdiyiniz məişət avadanlıqlarını təmiz saxlamağa və vaxt aşırı qulluq etməyə diqqət edin. Bu avadanlıqların müəyyən hissələri və ya filtrləri təmiz olanda daha sərfəli işləyirlər. 
  • Soyuducunun qapısını olduqca az açmağa çalışın. Bu, həm yeməklərin ömrü, həm də elektrik qənaəti üçün çox vacibdir. Qapını nə qədər çox açsanız, soyuducu soyutma sistemi üçün o qədər çox enerji sərf edəcək.
  • Elektrikli avadanlıqlar işləmədiyi zaman onların tamamilə bağlı olduğundan əmin olun. Ən çox edilən səhvlərdən biri bu avadanlıqları tamamilə söndürməməkdir. Məsələn televizor işləmədikdə onu elektrik mənbəyindən də ayırın ki, kiçik bir miqdar da olsa, elektrikə qənaət edə biləsiniz.
  • Evdə istifadə etdiyiniz lampaların da səmərəli olmaslı lazımdır. Bu lampalar standart lampalara nisbətən daha az elektrik enerjisi sərf edir.

 

İstiliyə qənaət

Yay və ya qış fərq etməz. Yaşadığınız evin istilik sisteminə sahib olması qənaət üçün olduqca sərfəlidir. Çünki bu sistemə sahib bir evin içindəki sabit istiliyi qorumaq çox daha asandır. Bu da qışda qaz xərclərinə, yayda isə kondisionerin xərclədiyi enerjinin azalması mənasına gəlir.

Həmçinin, istiliyə qənaətin sizə üstünlük verəcəyi digər bir məsələ isə, pəncələrin keyfiyyətidir. Düzgün pəncərə seçmək ilə həm istiliyi artıra bilər həm də səs-küydən qoruna bilərsiniz.

Son olaraq qeyd edək ki, istilik qənaətini artırmaq və maksimum səmərə üçün otaqların quruluşuna diqqət etməlisiniz. Kombilərin önünü mebellərlə bağlamamalı və ya kondisonerin yerini düzgün təyin etməlisiniz.

Elektrikə qənaət etmək üçün əsas məqamlar 43

Paylaş:

fb_iconlinkedin_icon