Əgər dikdaban ayaqqabı geyinirsinizsə...

2020-10-31

Baxış: 3840

Əgər dikdaban ayaqqabı geyinirsinizsə...

Bir qadının duruşunu nəyin təyin etdiyini soruşsanız, şübhəsiz ayaqqabıdır! Bununla birlikdə, dikdaban ayaqqabının qadın dünyasında xüsusi yeri vardır. Hündürdaban ayaqqabı geyinən qadının özünə inamı onun duruşunda və hətta yerişində özünü göstərir. Qadının gücünü əks etdirir. Bu səbəbdəndir ki, yüksək dabanlı ayaqqabı şık paltarlar üçün əvəzedilməz bir əlavədir. Ancaq uzun müddət geyinmək ayaqlarınıza daimi zərər verir.

cagir.az -Əgər dikdaban ayaqqabı geyinirsinizsə...


Zəriflik bir qadın üçün əvəzolunmazdır. Zərifliyə güzəştə getmək istəmədikdə, qarşılığı bəzən fiziki ziyan ilə ödənilir. Dar paltarlarda rahat görünməyə çalışarkən yaşayacağınız stres kimi, yüksək dabanlı və uzun burunlu ayaqqabılar geyinən zaman da ayaq formanızda deformasiya yaşayacağınız qaçınılmazdır. Dikdaban ayaqqabıda öz imicini sevən bir qadının, çılpaq ayaqlarının formasına nə qədər əhəmiyyət verdiyini də bilirik.

 

Zərif görünmək? Yoxsa sağlam ayaqmı?

Ayaqdakı deformasiyaların bir çox səbəbi olduğu kimi, dikdaban və sivri burunlu ayaqqabılar qadınlar üçün ən vacib səbəblərdir. Bir çox ortopediya mütəxəssisinin fikrincə, hündürdaban və sivri burunlu ayaqqabıları uzun müddət və tez-tez geyindikdə sümük quruluşu açıq şəkildə mənfi təsirə məruz qalır. Əsl adı Hallux Valgus olan baş barmağın çıxıntısı ən çox görülən deformasiyadır. Baş barmağın yandan kənara çıxması və ayağın içinin yanında sümüyün çıxması problemidir. Bu yalnız görüntünün pozulmasına səbəb olmaz. Həm də özü ilə çox şiddətli bir ağrı gətirir. Güclü ağrı gəzməyi çətinləşdirir. Həm ayaq, həm də bədən estetikası olaraq sizin üçün problemlər yaradır. Bu isə, uzun müddət istədiyiniz ayaqqabını geyə bilməməyiniz deməkdir.

 

Hallux Valgus, yəni ən çox görülən baş barmaq çıxıntısı ən çox kimlərdə olur deyirsinizsə, statistika ən çox şəhərdə yaşayan, işləyən qadınlar arasında yayılmış olduğunu göstərir. Xüsusilə 40 yaşlarında özünü göstərir, lakin bu illərin yığılmış nəticəsidir. Çünki ilərləyən yaş sümüyün yumşalması deməkdir.

cagir.az -Əgər dikdaban ayaqqabı geyinirsinizsə...

 

Ayaqqabıda ayaq barmaqlarının üst-üstə düşməsi, bədən çəkisinin ayağın ön hissəsinə daşıması, gəziş tərzinizi dəyişdirir və bədən formasının pisləşməsinə səbəb olur.

 

Bəs həll yolu nədir?

Ayağınızdakı ağrıları rahatlaşdıra biləcək və ya yumşaldıcı toxumaları idarə edə biləcək, ayaq baş barmağ qayçısı deformasiyanın inkişafının qarşısını almaq üçün bir həll təklif edir. Ancaq uzun müddət yüksək dabanlardan istifadə etməyiniz nəticəsində ayağınızda inkişaf edən Hallux Valgus (baş barmağının deformasiyası), geri dönüşü mümkün olmayan ölçülərə çatmışdırsa, yeganə həll yolu cərrahi müdaxilə olacaqdır. Əməliyyat müdaxiləsindən sonra, 4-6 həftə ərzində yük düşməməsi üçün gipsə qoyulur.

Ayağın sümükləriniz deformasiyaya məruz qalmaması üçün özünüz üçün edə biləcəyiniz ən böyük yaxşılıq nədir? Ayağınızın içərisində bükülməsini təmin edəcək qədər rahat ayaqqabı almanızdır. Zərifliyinizi tamamladığını düşündüyünüz ayaqqabıları, ara-sıra geyinməyinizdir.

 

Sağlam və zərif ayaqlar mümkündür!


Hər zaman gözəl və baxımlı olun!

Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir! Əlaqə nömrəsi: +994 70 348 26 06.

Paylaş:

fb_iconlinkedin_icon