Dırnaqların saralması necə müalicə olunur?

2021-01-25

Baxış: 21667

Dırnaqların saralması necə müalicə olunur?

Dırnaqlar sağlamlığımızın şahidləridir. Bu, estetikamızın bir hissəsi olduğu kimi bir çox xəstəliyin də əlaməti ola bilər. Dırnaq və dırnaqdakı dəyişikliklərə baxaraq müxtəlif xəstəliklərə diaqnoz qoymaq olar. Dırnaq rəngi və struktur problemləri dermatoloji həkimləri tərəfindən mütləq şəkildə qiymətləndirilir. Müvafiq müayinələr aparılaraq müalicə təşkil edilir.

cagir.az -Dırnaqların saralması necə müalicə olunur?


Dırnaq saralması nədir?

Dırnaq uzanmasının dayanmasında ilk əlamət dırnaqların saralmasıdır. Dırnaqlar xarici və ya daxili amillər səbəbindən zədələndikdə böyüməsi ləngiyir və üst qatda saralma meydana gəlir.

Dırnaq sağlamlığı üçün əvvəlcə onları qorumaq lazımdır. Şiddətli soyuq, isti, siqaret, yuyucu və kimyəvi maddələr dərimizə və dırnaq köklərimizə zərər verir və zəiflədir. Dırnaqların müvəqqəti və ya qalıcı olaraq zədələnməsinə səbəb olur. Bu amillərdən qaçınmaq və əlləri nəmləndirmək ən düzgün həll yolu olacaqdır. Xüsusilə dırnaq boyası, lak və aseton nə olursa olsun zərərlidir. Dırnaqlarımızdakı boyanı uzun müddət saxlamamağa diqqət göstərərək saralmanın qarşısını ala bilərik.

cagir.az -Dırnaqların saralması necə müalicə olunur?


Dırnaq niyə saralır?

Bir çox xəstəlikdə əl və ayaq dırnaqlarında saralma və forma dəyişikliyi ola bilər. Tiroid, şəkərli diabet və davamlı dərman qəbul edən adamlarda keratinin yaşlanması daha sürətli olduğundan, dırnaqların saralması probleminə daha çox rast gəlinir.


Dırnaqlarımızdakı sink, C vitamini və D vitamini kimi mineral və vitamin çatışmazlıqlarında, dırnaqların saralması ilə yanaşı dərimizdə həssaslıq və quruluq kimi problemlərlə qarşılaşırıq. Dermatoloqun qiymətləndirməsindən sonra zəruri qan laboratoriyası müayinəsi tələb olunur. Pəhriz saralmanın qarşısını almaq üçün çox vacibdir.


Dırnaq saralması hansı xəstəliklərin əlamətidir?

Dırnaqların sarı rəng dəyişikliyi ayaqlarda şişkinlik, limfa ödemi və onu müşayiət edən xroniki ağciyər xəstəliklərinə işarə ola bilər. Sarı dırnaq sindromu adlandırdığımız bu vəziyyətdə dırnaq böyüməsi dayanır. Bu, dırnağın qalınlaşmasına və saralmasına səbəb olur.

cagir.az -Dırnaqların saralması necə müalicə olunur?


Sarı dırnaqların ən ümumi səbəbi mantar infeksiyasıdır. İnfeksiya inkişaf etdikdə və ağırlaşdıqda; dırnaq qalınlaşır və dağılır. Qan dövranının pozulması və göbələyə səbəb olan həddindən artıq tərləmə kimi problemlər dəri həkimlərinə müraciət edərək həll olunmalıdır. Göbələk infeksiyası, deformasiya və batmış dırnaq kimi problemlər baş verməzdən əvvəl lazımi müalicələrə erkən başlamağınız tövsiyə olunur.

cagir.az -Dırnaqların saralması necə müalicə olunur?

Gözəl dırnaqlara sahib olmaq üçün praktiki müalicə resepti:

Limon suyu, calendula çiçəkli isti zeytun yağı, evkalipt yarpaqları ilə dəmlənmiş badam yağı və dəmlənmiş lavanda, çiçəklərlə hazırlanan alma suyu sirkəsi ilə hazırlanmış əl vannaları saralmış dırnaqlara faydalıdır.



Bu arada qeyd edək ki, əgər evdən çıxmadan dırnaqlarınıza qulluq etmək istəyirsinizsə, bunun üçün Cagir.az var. Saytımızdan Gözəllik salonu kateqoriyasını seçib, Manikür və ya Pedikür xidmətini olduğunuz məkana sifariş edə bilərsiniz.

Paylaş:

fb_iconlinkedin_icon