Birbirindən gözəl 6 fərqli eyvan masası fikirləri

2021-05-28

Baxış: 25259

Birbirindən gözəl 6 fərqli eyvan masası fikirləri

Günəş işığından daha çox faydalana biləcəyimiz günlər yaxındır. Eyvanda günəş vannası qəbul etmək, yayda sərinləmək üçün vaxt sərf edərkən özünüzə xoş bir mühit yaratmaq, keçirdiyiniz bu zamanları daha dəyərli edə bilər. Bu səbəbdən eyvanınızı bəzəyərkən sizin üçün həm funksional, həm də estetik cəhətdən ideal mebelləri seçməlisiniz.

cagir.az -Birbirindən gözəl 6 fərqli eyvan masası fikirləri


Dəyirmi masalar

Dəyirmi masaları nəzərdən keçirə bilərsiniz. Xüsusilə metal və ya taxta dəyirmi masalar xoş bir ortam üçün uyğun dizaynlardandır.

Üzərində rəsm çəkə biləcəyiniz, kitab oxuya biləcəyiniz, kiçik bir səhər yeməyi yeyə biləcəyiniz dəyirmi masalar hər nə qədər dekorasiya cəhətdən çox estetik olsalar da , lakin istifadə üçün kiçikdir, bunu da unutmamalısınız.


Eyvan dəmirinə bərkidilən masalar

Eyvanın sahəsi klassik mebellər üçün dardırsa, əsas tövsiyəmiz eyvanın dəmirinə bərkidilmiş masalardır. Bu masa dizaynlarını hasarlara və ya eyvan dəmirlərinə birləşdirərək evinizdə istədiyiniz kimi istifadə edə bilərsiniz. Üzərində dərs hazırlaya biləcəyiniz, qəhvə içə biləcəyiniz və kitab oxuya biləcəyiniz bu praktik masalar sizə geniş yer qazandıracaq.


Qatlanan masa sistemləri

Əsasən dar eyvanlar üçün əlverişli olan bu masa modeli, eyvanda sizə çox sərbəstlik verəcəkdir. İstədiyiniz zaman qatlayaraq yer aça biləcəyiniz və boş yerləri istifadə edə biləcəyiniz istədiyiniz zaman da qonaqlarınızı qəbul edə biləcəyiniz, qəlyanaltılar yeyə biləcəyiniz və istədiyiniz zaman iş masası kimi istifadə edə biləcəyiniz bir başqa praktik masa fikri.


Eyvana uyğun qəhvə masaları 

Evin xarici elementlərindən biri olan eyvan həm çölə açıqdır, həm də evinizin rahatlığından istifadə edə biləcəyiniz bir yerdir. Yəni, klassik mebellərdən əlavə daha rahat bir dekorasiya dizaynı da seçə bilərsiniz. Məsələn, dostlarınızla oturub əyləncəli və xoş söhbətlər edə biləcəyiniz yastıq kimi aşağı oturma bölmələri üçün bir masa seçə bilərsiniz.


Dəzgah dizaynlı masalar 

Dar eyvanlar üçün funksional həllər təklif edən başqa bir seçim dəzgah şəkilli eyvan masalarıdır. Bu uzun dəzgah tipli masalar üz-üzə deyil, bar dəzgahı tərzi yan-yana oturmağa imkan verən bir formadadır. Bu dəzgah dizaynlı masalar dərs hazırlamaq, içki içmək və ya sadə axşam yeməkləri üçün idealdır.


Bağ mebelləri 

Açıq hava ilə təmasda olan eyvanda bağ mebellərindən də istifadə edə bilərsiniz. Nəm və buzlanma kimi açıq hava şəraitlərinə qarşı davamlı bir quruluşa sahib olan bağ mebellərini eyvanda istifadə etmək düzgün olardı. Yağışa, soyuğa və toza davamlı taxta, metal və plastik materiallardan hazırlanan bağ mebelləri və masaları eyvanda yerləşdirə bilərsiniz.


Və unutmayın ki evinizin təmizliyi hər zaman vacibdir! Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme, ofis temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.


Əgər sizə ev və ya ofisinizdə sadəcə hamam təmizliyi xidməti lazımdırsa, o zaman Cagir.az-ın hamam təmizləmə üzrə icraçıları hamamı, sanitar qovşaqları dərindən təmizləyəcəklər. Xidmətə hamam divarının, hamam kafelinin təmizliyi, ləkələrin təmizlənməsi, duş kabinasının yuyulması, cakuzi təmizliyi, vanna təmizliyi, güzgü səthlərin yuyulması, su kranlarının, duşun, əl-üz yuyanın (umivalnik, rakvina), unitazın təmizlənməsi daxildir. Əlaqə nömrəsi: +994703482606.


Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?

Yuxuda ilan görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Faydalı Məlumatlar

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Faydalı Məlumatlar

2023-04-24

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Faydalı Məlumatlar

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Faydalı Məlumatlar

2022-12-21

Payızda ölkəni qarış-qarış gəzin!

Payızda ölkəni qarış-qarış gəzin!

Faydalı Məlumatlar

2022-11-29

Tədbirlərə tort sifarişi

Tədbirlərə tort sifarişi

Faydalı Məlumatlar

2022-11-23

Cagir.az zəng et