Avtomobillər haqqında bilmədiyiniz məlumatlar

2020-10-31

Baxış: 3111

Avtomobillər haqqında bilmədiyiniz məlumatlar

1. Dünyada ən çox avtomobil olan ölkə Çin yox, ABŞ-dır:

Əslində, dünya əhalisinin yalnız 4 faizinə sahib olan ABŞ, dünya nəqliyyat vasitələrinin 21 faizinə ev sahibliyi edir. ABŞ-da aktiv şəkildə 271 milyon avtomobil istifadə olunarkən, Çində isə 194 milyon aktiv avtomobil istifadə olunur.

cagir.az -Avtomobillər haqqında bilmədiyiniz məlumatlar


2. Yeni avtomobil ətri əslində zərərlidir:

Nəqliyyat vasitələrinin istehsal prosesində istifadə olunan materialların qarışaraq yaratdığı "Yeni avtomobil ətri" kimi tanınan ətirdə 50-yə yaxın uçucu üzvi birləşmələr var. Tədqiqatlara görə, bu üzvi birləşmələrin yaratdığı qoxu zəhərli təsir göstərir.

 

3. Avtomobil istehsal etmək üçün təxminən 30.000 hissə bir yerə toplanır.

Toyotanın uşaqlar üçün keçirtdiyi sorğu-sual platformasında gələn "Bir avtomobil neçə hissədən ibarətdir? " saualına verilən cavaba görə bir avtomobil, vintlərinə qədər saysaq əgər təxminən 30.000 hissənin birləşməsindən yaranır. Əlavə olaraq bu hissələrin 80%-i təkrar istifadə edilə bilər.

 

4. Avtomobillərdə radiodan istifadə edən ilk istehsalçı Chevrolet idi.

Avtomobil vasitəsində ilk əyləncə sistemi 1922-ci ildə Chevrolet tərəfindən istifadə edilmişdir. Lakin həmin illərdə avtomobildə olan radiolara qarşı çıxanların sayı kifayət qədər çox idi. İnsanlar radionun sürücünü yayındıracağı və sürücülük təhlükəsizliyinə mənfi təsir göstərəcəyini düşünürdülər. Digər istehsalçıların da nəqliyyat vasitələrində radiolardan istifadə etməkləri ilə, avtomobil radioları hər kəs tərəfindən qəbul edildi.

 

cagir.az -Avtomobillər haqqında bilmədiyiniz məlumatlar

 

5. Volkswagen avtomobil adları külək növlərindən götürülmüşdür.

Volkwagen’in ən populyar avtomobillərindən biri olan Passat'ın adı Alman dilində «alize küləkləri» sözündən ilhamlanmışdır. Digər populyar bir model Polonun adı, Alman dilindəki "arktik küləklər" ekvivalentindən yaranmışdır. Nəhayət, Jetta, "jet küləkləri" mənasını verən Alman sözündən ilhamlanaraq qoyulmuşdur.

 

6. Hava yastığının açılma sürəti təxminən saatda 320 km-dir.

Qəza vəziyyətində canımızı xilas edən təhlükəsizlik yastıqları, çox sürətli hərəkət edə bilirlər. Açılış sürəti saatda təxminən 320 km olan hava yastıqları toqquşma anından etibarən 40 milisaniyədə reaksiya göstərə bilər.

 

cagir.az -Avtomobillər haqqında bilmədiyiniz məlumatlar

 

7. 3 nöqtəli təhlükəsizlik kəmərinin ixtiraçısı olan Volvo, təhlükəsizlik kəmərini hamı istifadə edə bilməsi üçün pulsuz etmişdi.

Dünyanın ən təhlükəsiz avtomobillərini istehsal edən Volvo, 1959-cu ildə icad etdiyi 3 nöqtəli təhlükəsizlik kəmərini patentləşdirdi. Lakin sərnişin təhlükəsizliyi ilə bağlı bu ixtiranın bütün avtomobil şirkətləri tərəfindən istifadə olunacağını düşünən şirkət rəsmiləri, bu patenti avtomobil sənayesinin ən böyük jestlərindən biri edərək pulsuz etmişdi. 3 nöqtəli təhlükəsizlik kəməri hələ də qəzalardan zərərin minimuma endirilməsinin ən təsirli yoludur.

Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?

Yuxuda ilan görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Faydalı Məlumatlar

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Faydalı Məlumatlar

2023-04-24

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Faydalı Məlumatlar

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Faydalı Məlumatlar

2022-12-21

Payızda ölkəni qarış-qarış gəzin!

Payızda ölkəni qarış-qarış gəzin!

Faydalı Məlumatlar

2022-11-29

Tədbirlərə tort sifarişi

Tədbirlərə tort sifarişi

Faydalı Məlumatlar

2022-11-23

Cagir.az zəng et