Aspiratorun təmizlənməsi

2020-10-31

Baxış: 3995

Aspiratorun təmizlənməsi

Hal-hazırda hər mətbəxin ən böyük ehtiyaclarından biri və bir çox yemək bişirmə problemlərini aradan qaldıran avadanlıq təbii ki, aspiratorlardır. Yemək qoxularını məhv edərək, həyatımızı rahatlaşdıran bu avadanlıq, mütəmadi olaraq təmizlənməzsə, istənilən nəticəni əldə etmək çətin ola bilər və zamanla öz funksiyalarını itirə bilər. Bu səbəblə, aspiratorun içində yığılan kir və yağlar vaxtaşırı təmizlənməlidir.

cagir.az -Aspiratorun təmizlənməsi

 

Qısa zaman aralığında edilən təmizlik, aspiratorun daha səmərəli işləməsini və uzun ömürlü olmasını təmin edəcəkdir. Davamlı olaraq yemək bişirilən mətbəxlərdə hər ay mütləq aspiratorun filtri təmizlənməlidir.

Aspirator təmizliyi iki mərhələdən ibarətdir - aspiratorun xarici və aspiratorun filtr təmizliyi.

 

Aspiratorun xarici təmizliyi

Elektrik mənbəyindən çıxardılan avadanlığın içi və çölü, zərər verməyən bir kimyəvi maddə və yumşaq bir bezlə ya da süngər ilə silinir. Kimyəvi maddə olaraq da yuyucu vasitələrdən, yağ çıxardan təmizləyicilərdən və ya fərqli təbii alternativlərdən seçə bilərsiniz.

 

Aspirator filtri necə təmizlənir?

Aspiratorlar, metal filtrli və karbon filtri olaraq iki qrupa bölünür. Karbon filtrlərin 4 ayda bir dəyişdirilməsi məsləhət görülür. Evlərdə daha sıx rast gəlinən metal filtrlər isə xüsusi bir təmizlik istəyir. Çünki aspiratorların işləmə vaxtı məruz qaldıqları kir və yağ xüsusilə filtrlərin üzərində yığılır. Zəhmət tələb edən və buna görə laqeyd yanaşılan bu təmizlik, əslində olduqca praktik üsullarla edilə bilər.


Aspirator filtr təmizlənməsi üçün tətbiq oluna biləcək bütün üsullar cihazın filtrdən ayrılması ilə başlayır. İstifadəyə dair təlimatlarda göstərilən üsulla filtrləri söksəniz, ləkələr və kirləri asanlıqla yox etməyə imkan verəcəkdir. Çıxardığınız ekstraktor filtrlərini təmizləyə biləcəyiniz üçün bir neçə praktik təmizləmə metodu hazırladıq:

 

Əgər aspiratorunuzda hər hansı bir nasazlıq varsa, o zaman Cagir.az-ın aspirator ustasına müraciət edə bilərsiniz. Usta işini operativ, keyfiyyətli görəcəkdir. Bir neçə kliklə sifarişinizi edirsiniz və usta qapınızda. Əlaqə nömrəsi: +994703482606.


1. Qabyuyan maşını ilə

Metal aspirator filtrlərini, qabyuyan maşında yuyaraq rahatlıqla təmizləyə bilərsiniz. Bu üsul çox yığılmayan kir və yağlar üçün təsirli olar. Ancaq, qabyuyan maşının içində uzun müddət qaynar suya məruz qalan filtr işləyişini müəyyən müddət sonra itirə bilər.

 

2. Yağ təmizləyicisinin gücü

Filrlərin üzərində yığılan yağlar və kirlər, yağ təmizləyici vasitələr ilə təmizlənə bilər. Bu üsul üçün əvvəlcə spreyli yağ təmizləyicini, filtrlərin üstünə püskürdün. Təxminən 5 dəqiqə ərzində yağ və kirlərin ləğvini gözlədikdən sonra, filtrləri sərt tükləri olan fırça ilə firçalayın. Son olaraq, qabyuyan təmizlik vasitəsi və süngər ilə filtləri kimyəvi maddələrdən təmizləyib su ilə durulayın.

 

3. Yağ təmizləyicisinin gücü

Bu üsulun birinci addımı, filtrlərin yerləşəcəyi bir tavanın içində bir miqdar su qaynatmaqdır. İsti suyun içinə bir stəkan ağ sirkə əlavə edin. Su qaynadığında 1 fincan karbonatı yavaş-yavaş əlavə edib, aspirator filtlərini tavaya əlavə edin. Filtləri təxminən 10 dəqiqə müddətində isti suda saxladıqdan sonra, sərt tükü olan fırça ilə firçalamaq lazımdır.


4. Cagir.az

Əgər vaxtınıza qənaət etmək və təmizlik işini peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın təmizlik xidmətinə əminiklə müraciət edə bilərsiniz. Bir neçə klik ilə icraçımız qapınızda!

cagir.az -Aspiratorun təmizlənməsi cagir.az -Aspiratorun təmizlənməsi

Aspirator filtlərinin üzərində yığılmış kir və yağlar çoxdursa, təmizliyin əvvəlində bu kirli sahələri az miqdarda zeytun yağı ilə ovaraq yumşaltmaq lazımdır. Aspirator örtüklərini və hissələrini təmizləyəndə elektrik hissələrinə su girməməsinə diqqət etmək lazımdır. Hissələri tək-tək su ilə durulamaq və hissələrdə təmizlik vasitələrin qalmadığından əmin olmaq lazımdır. Xüsusilə də, aspirator filtləri tamamilə quruduqdan sonra yerinə yerləşdirilə bilər.

Paylaş:

fb_iconlinkedin_icon