2021-02-21
Baxış: 14403
Ağ idman ayaqqabılarının təmizlənməsi
İdman ayaqqabıları gündəlik həyatımızda ən çox geyinilən ayaqqabılar arasındadır. Yaz aylarında ağ idman ayaqqabılarından çox istifadə edildiyi halda, qışda tünd rəngli ayaqqabılara üstünlük verilir. Ağ ayaqqabıların çirklənməsi olduqca təəssüf doğurandır. Təmizlənməsi çətin görünsə də, evdə hazırlayacağınız üsullarla ayaqqabınızı təmizləyə bilərsiniz.
Ağ idman ayaqqabıları geyimlərimizi asanlıqla konbinləmək üçün xilaskarlarımız hesab olunurlar. Yaz aylarında paltar və cins şalvarların altından geyinə biləcəyimiz ağ idman ayaqqabıları asanlıqla çirklənir.
Bəs ağ idman ayaqqabılarını necə təmizləmək olar?
Budur ağ ayaqqabıların təmizlənməsi üçün aşağıdakılardan istifadə edə bilərsiniz:
· Karbonat (Soda)
· Diş məcunu
· Sirkə
· Ağ sabun
· Dırnaq boyası təmizləyicisi (Aseton)
Ağ idman ayaqqabılarının təmizlənməsi və yuyulması
Sabun və köhnə diş fırçası idman ayaqqabısını təmizləmək üçün istifadə olunan əsas metodlardır. Digər tərəfdən, idman ayaqqabılarını təmizləmək üçün aseton, benzin və ya spirtdən istifadə edə bilərsiniz.
Ağ idman ayaqqabılarını necə yuyuruq?
Ağ idman ayaqqabıları paltaryuyan maşında yuyula bilər. Paltaryuyan maşını və ayaqqabını zədələməyəcək bir qutuda maşında yuyula bilər. Paltaryuyanda sport proqramını qura bilərsiniz, bu proqramı xüsusilə idman geyimlərinin və aksesuarlarının yuyulması zaman istifadə olunur. Paltaryuyan maşınınızda bu proqram yoxdursa, sintetik parçalar üçün olan proqramda yuya bilərsiniz. Yuma prosesi bitdikdə kölgədə quruda bilərsiniz.
Ağ idman ayaqqabılarını təmizləmək üçün zəruri prosedurlar:
Diş məcunu
Ayaqqabılarda kir, toz və yağ kimi ləkələr varsa, köhnə bir diş fırçasına məcun sürtərək ayaqqabının çirkli yerinə tətbiq edin. Sonra ayaqqabıları yuyun və gözləyin. Əlinizdə olan ən yumşaq şampundan bir az tökün, sonra ləkəni isti su ilə yaxşıca sürtün.
Karbonat (Soda)
Paltaryuyan maçında yuyunduqdan sonra idman ayaqqabılarınızın hərtərəfli təmizləndiyini yoxlayın. Sonra qabda soda, sabun və suyu qarışdırın. Diş fırçası ilə ayaqqabılarınızı çox basmadan yumşaq bir şəkildə təmizləyin və sonra yuyun.
Dırnaq boyası təmizləyicisi (Aseton)
Aseton köməyi ilə gündəlik həyatda istifadə etdiyiniz ayaqqabıların rezin hissəsindəki kirləri asanlıqla təmizləyə bilərsiniz.
Sirkə
Ayaqqabıları təmizləyərkən sirkədən istifadə edə bilərsiniz. Yalnız sirkənin ağ olmasına diqqət yetirmək lazımdır. Ayaqqabınızın dabana yaxın olan kənarlarını bir neçə damla sirkə ilə silərək təmizləyə bilərsiniz.
Qeyd edək ki, əgər vaxtınıza qənaət edib, temizlik işlərinizi peşəkarlara həvalə etmək arzusundasınızsa, o zaman Cagir.az-ın təmizlik xidmətinə əminliklə müraciət edəb bilərsiniz. Bir neçə kliklə təmizlik üzrə icraçılarımız qapınızda! Əlaqə nömrəsi: +994703482606
Oxşar Yazılar
Matrası bu üsullarla təmizləyin!
Təmizlik xidməti
2023-09-15
Yuxuda ev süpürmək nədir?
Təmizlik xidməti
2023-08-07
Evdə dərin təmizlik necə olmalıdır?
Təmizlik xidməti
2023-07-21
Həşaratlara qarşı dezinfeksiya niyə vacibdir?
Təmizlik xidməti
2023-07-05
İş masasını hər gün təmizləməyin sağlamlığa təsiri
Təmizlik xidməti
2023-05-16
Geyimlərin quru təmizlənməsi
Təmizlik xidməti
2023-04-20
Ev təmizliyində pərdə yuma xidməti
Təmizlik xidməti
2023-04-09
Təmirdən sonra təmizlik xidməti
Təmizlik xidməti
2023-03-25
Bayram təmizliyi necə edilməlidir?
Təmizlik xidməti
2023-03-09
Büdcənizə uyğun təmizlik şirkəti
Təmizlik xidməti
2023-02-24